USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Baş katibilə görüşüb

Azərbaycan Respublikasının BMT-yə üzvülüyünün 25 illiyi münasibətilə keçirilən tədbirlərə qatılmaq məqsədilə Nyu-Yorkda səfərdə olan nazir Elmar Məmmədyarov BMT-nin Baş katibi Antonio Qutereslə görüşüb.

ASAN Radio XİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə Azərbaycan və BMT arasında münasibətlərin hazırkı durumundan məmnluluq ifadə olunub.

İlk olaraq, nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyevin salamlarını A.Quteresə çatdırıb. A.Quteres Prezident İlham Əliyevlə görüşlərini məmnunluqla xatırladığını deyərək, onun salam və xoş arzularının çatdırılmasını xahiş edib.

Nazir Elmar Məmmədyarov Azərbaycanın müstəqilliyinin ilk illərində BMT və onun ixtisaslaşmış təşkilatlarının Azərbaycana dəstəyinin, xüsusilə Ermənistanın təcavüzü nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşən vətəndaşlarımızın humanitar problemlərinin həll edilməsi məqsədilə göstərdiyi yardımların yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. 

E.Məmmədyarov həmçinin Azərbaycanın BMT Nizamnaməsi və beynəlxalq hüququn prinsipləri və məqsədlərinə sadiq olduğunu və BMT-nin fəaliyyətinə dəstək və tövhə verdiyini qeyd edib. Azərbaycanın 2015-ci ildə keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016–2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulduğunu deyən E.Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında Fərman verildiyini xatırladaraq, bu Şuranın 2030-cü ilə qədər qlobal inkişaf məqsədləri və hədəfləri çərçivəsində milli prioritetlərin və göstəricilərinin müəyyən edilməsi, müvafiq dövlət proqramlarının dayanıqlı inkişaf məqsədlərinə uyğunlaşdırılması üzrə məsul olduğunu qeyd edib.

E.Məmmədyarov Azərbaycanın inkişaf etməkdə olan həmçinin daha az inkişaf etmiş, həmçinin təbii fəlakətlərlə üzləşmiş ölkələrin ehtiyaclarının qarşılanmasına xüsusi diqqət yetirdiyini dedi və bu illər ərzində müxtəlif regionlardan olan bir sıra ölkələrə Heydər Əliyev Fondu və Xarici İşlər Nazirliyi nəzdində Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi (AİDA) vasitəsilə humanitar və digər yardımlar göstərildiyini vurğulayıb.

E.Məmmədyarov Azərbaycanın 2017-2019-cu illər üçün BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilməsinin Azərbaycana beynəlxalq inkişafa töhfə vermək üçün əlavə imkan yaradacağını deyib.

Azərbaycan hökuməti tərəfindən milli və beynəlxalq səviyyədə mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə xüsusi diqqət yetirildiyini deyən E.Məmmədyarov bu xüsuda 2016-ci ilin Multikulturalizm ili, 2017-ci ilin isə İslam Həmrəyliyi ili elan edildiyini əlavə edib. Həmçinin, 2016-ci ilin aprel ayında Azərbaycanın Sivilizasiyaların Alyansının VII Qlobal Forumuna ev sahibliyi etdiyini diqqətə çatdırıb.

Azərbaycan - BMT əlaqələrinin inkişaf tarixində Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin ölkəmizin BMT TŞ-na sədrlik etməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Elmar Məmmədyarov həmçinin Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyə əsas təhdid olan Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanmasında BMT-nin rolundan bəhs edərək, münaqişənin həlli üçün baza sənədlərinin də məhz BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş müvafiq qətnamələr olduğunu vurğulayıb. Bu qətnamələrin tələblərinin hələ də yerinə yetirilməməsinin təəssüf doğurduğunu əlavə edib. Nazir münaqişənin həlli üçün substantiv danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıb.

A.Quteres Azərbaycanın BMT-nın təşəbbüslərində və proqramlarında yaxından əməkdaşlığının və münasibətlərin dərinləşməsi istiqamətindəki səylərinin yüksək qiymətləndirildiyini bildirib və əməkdaşlıq üçün perspektiv vəd edən sahələrin müəyyən edilməsində bu kimi görüşlərin vacib olduğunu qeyd edib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparılıb.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!