"Gürcüstanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu olduqca böyükdür". ASAN Radio APA-ya istinadla xəbər verir ki, bunu qonşu ölkənin baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze "Regionda Enerji Sammiti" mövzusunda keçirilən tədbirdə bildirib.
Baş nazirin müavini Azərbaycanı Gürcüstanın strateji tərəfdaşı adlandırıb.
"Biz bu gün Azərbaycan qazından asılıyıq. Belə ki, hazırda Gürcüstan yalnız Azərbaycanda təbii qaz alır. Bu isə bizim üçün çox vacibdir. Azərbaycan bizim strateji tərəfdaşımız olaraq Gürcüstana böyük həcmdə investisiya yatırır. Bizim birgə həyata keçirdiyimiz iri layihələr tezliklə başa çatacaq və biz əlavə həcmdə Azərbaycandan təbii qaz alacağıq", - energetika naziri qeyd edib.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!