USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Yaşa Azərbaycan” festivalı keçirilib- FOTOLAR

Füzuli rayonunun Horadiz şəhərində 28 may - Respublika gününün 99-cu illiyinə həsr olunmuş “Yaşa Azərbaycan” adlı festival baş tutub.

ASAN Radio xəbər verir ki, festival çərçivəsində “ASAN Könüllüləri” Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsi olan Cocuq Mərcanlıya növbəti dəfə səfər ediblər.

Füzuli Rayon İcra Hakimiyyəti, Cəbrayıl Rayon İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, "Eko Park” Ekoloji Tədqiqatlar Mərkəzi, “ASAN Könüllüləri” təşkilatı, Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi və ASAN Radionun birgə təşkilatçılığı ilə baş tutan səfərdə iştirakçılar Cocuq Mərcanlıda həyata keçirilən yenidənqurma və tikinti işləri ilə yaxından tanış olublar.

Daha sonra silsilə tədbirlər həyata keçirilib.

İştirakçılar ilkin olaraq ön cəbhədə düşmənlə üz-üzə vətənin keşiyində dayanan əsgərlərlə görüşüb, onlara göstərdikləri şücaətə görə təşəkkür bildiriblər. Həmçinin "Əsgərə Məktub!" layihəsi vasitəsilə vətəndaşların, eləcə də “Məktəblinin dostu” layihəsi çərçivəsində məktəblilərin yazdıqları dəstək məktubları əsgərlərə təqdim olunub.

Sonra “ASAN Məktub” layihəsi uşaqların sevincinə səbəb olub. Belə ki, Cocuq Mərcanlı əhalisinin məskunlaşdığı Mirzənağılar kəndindən olan balacaların www.asanmektub.az saytı vasitəsilə vətəndaşlara ünvanladıqları məktublara cavab olaraq alınmış hədiyyələr onlara təqdim olunub. Eyni zamanda Bilik Fondu tərəfindən məktəblilərə müxtəlif mövzulu kitablar da hədiyyə edilib.

Bundan başqa “Yaşıl ASAN” təşəbbüsü "Eko Park” Ekoloji Tədqiqatlar Mərkəzi ilə birgə “Qarabağa Doğru” ekoloji layihə çərçivəsində məktəblilərə təlim və ağacəkmə aksiyası keçirilib. Əsas mövzusu “Ekoloji marifləndirmə” olan bu görüş cəmiyyətin ekoloji problemlərlə mübarizədə bütün təbəqələrinin iştirakını təmin etmək və onları bu işə cəlb etmək, real ekoloji layihələr vasitəsi ilə insanlar arasında maarifləndirmə işini effektiv şəkildə artırmaq və ekoloji mühitə dəyən zərəri minimuma endirmək məqsədi daşıyıb.

Həmçinin ASAN könüllülərinin ifasında rejissor Anar Sadıqovun “Vətən daşları” tamaşası səhnələşdirilib. “Mədəniyyət Carçısı” və “Məktəblinin dostu”layihəsi ilə birgə hazırlanan Mirzə Cəlilin “Poçt Qutusu” tamaşası izləyicilərə təqdim olunub.

Daha sonra “Yaşa Azərbaycan” adlı festival Horadiz şəhərində davam etdirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev və Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, Azərbaycan Demokratik Respublikasının yaranmasından və fəaliyyətindən, dövlətçilik tariximizdə rolundan danışıblar. Bildirilib ki, 1991-ci ildə Azərbaycan xalqı müstəqilliyini yenidən bərpa edərək, cümhuriyyətin dövlətçilik ənənələrini davam etdirərək bu tarixi varislik üzərində öz dövlətini yaradıb.

Sonda festival konsert proqramı ilə davam etdirilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!