USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
MSK 2017-ci il üzrə daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsi prosesinə yekun vurub

Mayın 26-da MSK üzvləri Komissiyanın inzibati binasında 2017-ci il üzrə vahid seçici siyahılarının yenidən tərtib edilən variantı ilə tanış olublar. MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən ASAN Radioya verilən məlumata görə, kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılan tədbirdə diqqətə çatdırılıb ki, seçici siyahılarının yenidən tərtib edilməsi, yoxlanılması və dəqiqləşdirilməsi prosesi fasiləsiz onlayn rejimdə işləyən dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə həyata keçirilib. Yüksək texnoloji və interaktiv mübadilə imkanı siyahıların dəqiqləşdirilməsi və ümumiləşdirilməsi proseslərini daha da intensivləşdirərək, seçicilər barədə ətraflı məlumatların toplanması, onların orfoqrafik və qrammatik testdən keçirilməsi, təkrar və oxşar seçici məlumatlarının ətraflı təhlil edilməsi, eləcə də seçici siyahılarının keyfiyyətlə hazırlanması və çap edilməsini təmin edib.

Seçici siyahılarının çap edilməsi və saxlanması şəraiti ilə tanışlıq prosesinin ardınca Məzahir Pənahovun sədrliyi ilə MSK-nın iclası keçirilib. İclasda 2017-ci il üzrə seçicilərin daimi siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinin yekunları müzakirə olunub.

Sədr M.Pənahov cari ilin əvvəllərindən may ayının sonunadək həyata keçirilmiş əhatəli və genişmiqyaslı dəqiqləşdirmə prosesi barədə ətraflı məlumat verib və bu işdə aşağı seçki komissiyalarına lazımi köməklik göstərmiş bütün aidiyyəti qurumlara öz təşəkkürünü bildirib.

Seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı fəaliyyətin yekunlarının geniş müzakirə edildiyi iclasda MSK üzvləri yüksək texnoloji nailiyyətlərdən də geniş istifadə olunan dəqiqləşdirmə prosesində təkmilləşdirmələri və aşkar inkişaf dinamikasını xüsusi qeyd ediblər. Sonra Komissiya 2017-ci ilin daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsi işini başa çatmış hesab edilərək, siyahıların məntəqə və dairə seçki komissiyaları tərəfindən təsdiq edilməsi üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsinə, eyni zamanda respublika üzrə seçicilərin daimi siyahısının rəsmi internet səhifəsində yerləşdirməklə ictimailəşdirilməsinə qərar verib.

Qeyd edək ki, dəqiqləşdirmə prosesinin sonunda ölkə üzrə vahid seçicilər siyahısına 5163250 seçici daxil edilib ki, onların da 48,42 faizi kişi, 51,58 faizi isə qadınlardır.

İclasda, həmçinin MSK-nın 7 aprel 2017-ci il tarixli iclasının protokolu təsdiq olunub, bir sıra normativ xarakterli aktlarda və bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib və cari məsələlərə baxılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!