USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Mariya Zaxarova: "Mehriban Əliyevanın işləri hörmət və heyranlıq hissi doğurur"

"Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın işləri hörmət və heyranlıq hissi doğurur".

ASAN Radionun APA-nın Moskva müxbirinə istinadən verdiyi məlumata görə, bunu 28 May-Respublika Gününə həsr olunan təntənəli qəbulda iştirak edən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Mən Bakıya birinci dəfə gələndə, şəhəri müasir simada görəndə heyrətlər içində qaldım ki, bu şəhər hansı sevgi və qayğı ilə tikilib.  O vaxt bizim boş vaxtımız oldu. Bir neçə saatlığa bizə şəhərin qədim hissəsini göstərdilər. Bütün bu muzeyləri, incəsənət və sənətkarlıq sərgilərini görəndə soruşdum ki, qədimlik və ənənəviliyi müasir texnologiya ilə necə uyğunlaşdıra bilmisiz? Mənə dedilər ki, bütün bunlara böyük töhvəni birinci xanım Mehriban Əliyeva verib. Bundan sonra mən Mehriban xanımın fəaliyyəti barədə maraqlandım və onun fəaliyyəti məni heyrətləndirdi. Bu barədə hətta Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna dedim, soruşdum ki, həqiqətənmi bu belədir? Polad Bülbüloğlu bütün bunları təsdiqlədi".

M. Zaxarova Azərbaycan paytaxtında dəfələrlə olduğunu da söyləyib: "Bundan sonra Bakıda dəfələrlə oldum. Gördum ki, şəhəriniz ildən ilə daha maraqlı və daha müasir olur. Mən Mehriban Əliyevanın bu layihələr üzərində rəhbərliyini izləməyə davam edirəm və demək istəyirəm ki, onun işləri səmimi hörmət və heyranlıq hissi doğurur".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!