USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Aİ nümayəndəsi: "Hazırda Azərbaycanla tərəfdaşlıq prioritetlərini müzakirə edirik"

"Avropa İttifaqı Azərbaycana ən böyük sərmayə qoyan tərəfdir. Söhbət 7 milyard avro birbaşa investisiyadan gedir".

ASAN Radionun APA-ya istinadən verdiyi xəbərinə görə, bunu Avropa Komissiyasının Qonşuluq siyasəti və genişlənmə ilə bağlı danışıqlar üzrə Baş Direktoratlığının "Şərq tərəfdaşlığı" departamentinin direktoru Lourens Meredit 3-cü Aİ-Azərbaycan biznes forumunda çıxışı zamanı deyib. O bildirib ki, bu rəqəmdən 2,5 milyard avro qeyri-neft sektoruna yönəlib: "Biz Azərbaycanın iqtisadi diversifikasiyada qətiyyətli olduğunu görürük. Avropanın 300-dən çox şirkəti Azərbaycanda bizneslə məşğul olur". 

L. Meredit qeyd edib ki, Cənub Qaz Dəhlizi və bu kimi digər layihələr Aİ-Azərbaycan münasibətlərinin mühüm istiqamətləridir: "Avropa İttifaqı ilə Azərbaycan yeni saziş üzrə danışıqlar aparır. Saziş həm ittifaq, həm də Azərbaycan üçün vacib əhəmiyyət kəsb edir. Biz hazırda tərəfdaşlıq prioritetlərini müzakirə edirik. Sonuncu saziş 20 il əvvəl imzalanıb. Bu müzakirələrin mərkəzində konkret iqtisadi əlaqələrin inkişafı dayanır". 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!