USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
AMEA-da işçilərin mənzillərə köçürülməsi üçün komissiya işə başlayıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin müvafiq qərarı ilə yaradılmış mənzillərin bölüşdürülməsi komissiyası işə başlayıb.

Akademiyadan ASAN Radioya verilən məlumata görə, AMEA ilə “Evrostroy-S” MMC arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanındakı yataqxananın ərazisində yeni inşa edilən binalardan həmin yataqxanada yaşayan və AMEA-da işləyən elmi işçilərin AMEA-ya ayrılmış mənzillərə köçürülməsi üçün mənzillərin bölüşdürülməsi işi aparılıb.

AMEA-nın İşlər İdarəsinin müdir müavini, komissiyanın katibi Sərdar Əliyev bildirib ki, mənzillər ilk növbədə yataqxanada qeydiyyatda olan və hazırda orada yaşayan, mənzil qanunvericiliyinə müvafiq qaydada mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 54 AMEA əməkdaşına və onların ailə üzvlərinə uyğun gələn mənzillərin verilməsi püşkatma yolu ilə icra edilib. Bölgü zamanı əməkdaşların elmi dərəcələri və ailə vəziyyəti nəzərə alınıb.

Bundan əlavə, AMEA yaşayış sahəsinin yaxşılaşdırılmasına ehtiyacı olan elmi işçilərin, o cümlədən də gənc alimlərin mənzillə təmin olunması məqsədilə yeni yaşayış evlərinin inşası üçün respublikanın aidiyyatı rəhbər orqanları ilə danışıqları davam etdirir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!