USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Aziz Sancar: "Qazandıqlarıma Atatürkün sayəsində nail olmuşam”

“Bir dövlətin hərbi xərclərə ayırdığı vəsaitin elm və təhsilə ayırdığı vəsaitlərdən çox olması yaxşı hal deyil”.

ASAN Radio bildirir ki, bunu ABŞ-ın Şimali Kalorina Universitetinin professoru, 2015-ci il kimya üzrə Nobel mükafatçısı Aziz Sancar Bakıda “Universitetlərdə elmi fəaliyyətini müasir idarəetmə modeli” mövzusunda keçirilən beynəlxalq elmi-praktiki konfransda deyib.

Nobel mükafatçısı bildirib ki, milliyyətçilik bir lənətdir, milliyyətçiliyi vətənpərvərliklə qarışdırmaq lazım deyil: “Mən türkpərəstəm, öz ölkəmi sevirəm. Nəhəng Osmanlı imperiyası XVI əsrdən etibarən elmi tədqiqatlara ayrılan vəsaiti dayandırdı. Bax, bundan sonra sanki Osmanlı imperiyasının sonunun təməli qoyuldu. O boyda nəhəng imperiyadan kiçik bir ərazi qaldı. Birinci Dünya müharibəsindən sonra Osmanlı imperiyasının torpaqları digər Avropa dövlətləri arasında bölüşdürüldü. Daha sonra müasir Türkiyə dövləti quruldu. Biz müasir Türkiyə və onun qurucusu Atatürklə qürur duyuruq. Mustafa Kamal Atatürk təhsil sahəsində islahatçı olub. Mən Atatürkün sayəsində gözəl təhsil aldım. Qazandıqlarıma Atatürkün sayəsində nail olmuşam”. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!