USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Beynəlxalq Muğam Mərkəzində Gənc pianoçuların III respublika müsabiqəsinin Qurtuluş gününə həsr olunmuş yekun konserti keçirilib

14 iyun tarixində Beynəlxalq Muğam Mərkəzində gənc pianoçuların III respublika müsabiqəsinin yekun konserti keçirilib.

Azərbaycan respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2017-ci ilin 1-23 may tarixində gənc pianoçuların ənənəvi respublika müsabiqısi təşkil edilib. Müsabiqə 2 turdan ibarət olaraq, 9-18 yaşlı uşaq və gənclər arasında 3 yaş qrupu üzrə (I qrup: 9-11 yaş, II qrup: 12-14 yaş, III qrup: 15-18 yaş) regionlar üzrə Bakı, Gəncə, Şəki şəhərləri və Ağcabədi, Ağstafa, Xaçmaz, Masallı rayonlarında keçirilib. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, respublikanın əməkdar müəllimi, professor Nərminə Quliyevanın sədrlik etdiyi, tanınmış musiqiçi və müəllimlərdən ibarət münsiflər heyəti 400-ə yaxın şagird və tələbənin çıxışını qiymətləndirib.

Münsiflər heyətinin qərarına əsasən Q.Qarayev adına Mərkəzi İncəsənət, Bakı və Naftalan şəhər musiqi məktəblərinin şagirdləri, Azərbaycan Milli Konservatoriyası nəznində Musiqi Kollecinin, Sumqayıt Musiqi Kollecinin və Lənkəran Dövlət Humanitar Kollecinin tələbələri müsabiqənin müxtəlif diplomlarına layiq görülüblər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!