USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Yol polisi "Formula 1"-ə hazırlıqla əlaqədar sürücülərə müraciət edib

"Formula 1" Azərbaycan "Qran-prisi"nə hazırlıqla əlaqədar paytaxtın Dənizkənarı Bulvar boyu Azneft dairəsindən Neftçilər prospekti ilə Azadlıq meydanı istiqamətində sıxlıq yaşanır.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov ASAN Radioya açıqlamasında bildirib ki, bu süni sıxlığın yaşanmaması və hərəkət istiqamətində ləngiməmək üçün Bakı şəhər Dövlət Yol Polisi İdarəsi cənub tərəfdən paytaxtın mərkəzinə hərəkət etmək istəyən sürücülərə Bakı-Salyan yolunun 14-cü km-dən 3-cü kənar dairəvi yolla Yasamal rayonundan istənilən istiqamətə hərəkət etməyi tövsiyə edir.

Eyni zamanda sürücülərə 20-ci sahə dairəsindən dağüstü avtomobil yolu ilə Badamdar qəsəbəsi daxili yolu ilə istənilən istiqamət üzrə, eləcə də Bakı Su İdman Kompleksinin yanından Bayıl qəsəbəsi və digər istiqamətlər üzrə, Bayraq meydanından və “Dalğa Plaza” kimi tanınan inzibati binanın yanından Mikayıl Hüseynov küçəsi ilə Bayıl qəsəbə daxili yolla Teymur Elçin, Mehdi Hüseyn küçələri və Parlament prospekti istiqamətində hərəkət etmək üçün şərait yaradılıb.     

V. Əsədov qeyd edib ki, "Formula 1" yarışları ilə bağlı sürətlə hazırlıq işləri aparılır: “Artıq son tamamlama işləri gedir. Hazırda Neftçilər prospekti üzrə qoyulmuş maneələr və rənglənmə işləri ilə əlaqədar yol daralır. Bu da nəqliyyatın həmin istiqamətdə sıxlığının yaşanmasına səbəb olur. Yarışla bağlı yollar hələ tam bağlanmayıb, amma hazırda bu yollarda keçidlərdə problemlər yaşanır. Ona görə də sürücülərdən xahiş edirik ki, tövsiyəmizi nəzərə alsınlar”.

V. Əsədov bildirib ki, "Formula 1" yarışları Azadlıq meydanından başlayaraq Puşkin, Xəqani, Bülbül küçələri, Zərifə Əliyeva prospekti, Rəsul Rza küçəsi, Neftçilər prospekti, Əziz Əliyev küçəsi, Qoşa Qala qapısı-Gənclər meydanı, İstiqlaliyyət küçəsi, Niyazi küçəsi, Azneft meydanı, Neftçilər prospekti ilə eyni marşrut üzrə nəzərdə tutulduğundan bu istiqamət üzrə şəxsi avtomobillərdən mümkün qədər istifadə edilməməlidir: “Çünki bu yollar üzrə son tamamlama işlərinə başlanır. Yaxşı olar ki, bu ərazilərdə süni sıxlıq yaşanmaması üçün bu tövsiyəni nəzərə alsınlar”.       

Qeyd edək ki, "Formula 1" yarışları ilə əlaqədar Bakıda Xəqani və Üzeyir Hacıbəyov küçələrinin  Rixard Zorge küçəsindən Səməd Vurğun küçəsinədək olan hissələri, Zərifə Əliyeva prospektinin Yusif Məmmədəliyev küçəsinədək olan hissəsi, Rəşid Behbudov küçəsinin Neftçilər prospektindən Nizami küçəsinədək olan hissəsi, Səməd Vurğun küçəsinin Neftçilər prospektindən üzü Üzeyir Hacıbəyov küçəsinədək olan hissəsi, habelə Bülbül prospektinin Neftçilər prospekti ilə Lev Tolstoy küçələri arasındakı hissəsi 19 iyun gecə saat 00:00-dan nəqliyyatın hərəkəti üçün bağlı olacaq. 

Yarışlar 23-25 iyun tarixlərində keçiriləcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!