23/10/2017 21:17

Valyuta USD EUR RUB TRY
Kurs 1.7001 2.0000 0.0297 0.4638


Havadasan

Leysan yağacaq, dolu düşəcək- XƏBƏRDARLIQ


19.06.2017   12:43


ETSN-dən ASAN Radioya verilən məlumata görə, iyunun 20-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturunun gecə 17-20° isti, gündüz  25-30° isti, Bakıda gecə  17-19° isti, gündüz  27-29° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  normadan aşağı 756 mm civə sütunundan  752 mm civə sütununa enəcək.

Nisbi rütubət  gecə 70-80 %, gündüz  50-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında səhər bəzi dağlıq rayonlarda, axşam isə əksər rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 14-19° isti, gündüz  30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacağı gözlənilir. 

İyunun 20-si axşam şimal və qərb rayonlarından başlayaraq 23-dək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.




Xəbər lenti

23 Oktyabr











ASAN Radio telefonunuzda
Facebook