USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
104 nəfərə əczaçı – bakalavr diplomu verildi

Azərbaycan Tibb Universitetinin (ATU)  əczaçılıq fakültəsində bakalavr pilləsində buraxılış işlərinin müdafiəsi başa çatıb. Fakültənin dekanı, professor Tahir Süleymanov müdafiənin uğurla tamamlandığını deyib: “Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəlinin 2 iyun 2017-ci il tarixli 259 T əmri ilə Universitetin Əczaçılıq fakültəsinin Bakalavr pilləsində Buraxılış işlərinin müdafiəsini həyata keçirmək üçün tərkibi 9 nəfərdən ibarət dövlət Atestassiya Komissiyası yaradılıb. Bakalavr Buraxılış işlərinin müdafiəsi 5 ixtisaslaşma üzrə aparıldı: Əczaçılıq kimyası, Toksikoloji  kimya, Farmakoqnoziya, Əczaçılıq texnologiyası, Əczaçılıq işinin təşkili”.

T.Süleymanovun sözlərinə görə, Dövlət Attestasiya Komissiyasının 21 iyun 2017-cı il tarixli yekun protokoluna əsasən, Əczaçılıq fakültəsinin 2016-2017-cı il məzunlarının 104 nəfərinə ümumi qaydada Əczaçı bakalavr diplomu verilməsi haqda qərar qəbul olunub. Məzunlardan 62 nəfər Azərbaycan vətəndaşı, 42 nəfəri isə əcnəbi vətandaşlar olub: 

“Qeyd etmək lazımdır ki, bu il buraxılış işlərinin müdafiəsi əvvəlki illərlə müqayisədə keyfiyyətcə xeyli irəliləyişlərlə müşahidə edilib. Burada həm buraxılış işlərinin mövzularının müasirliyi və aktuallığı, həmçinin diplom işlərinin tərtibatı, eləcə də tələbələrin işlərini daha yaxşı məruzə etməsi və sualları cavablandırması istiqamətlərində olan müsbət dinamikanı xüsusi qeyd etmək istəyirəm. Kafedraların reaktiv və avadanlıqlarla təchizatının yaxşılaşması nəticəsində demək olar ki, əksər diplom işlərində eksperimental xarakterli təcrübələrin nəticələri verilirdi”.

Qeyd edək ki, buraxılış işlərinin müdafiəsinə Əczaçılıq fakültəsinin 8 semestr ərzində imtahan, məqbul və təhsil haqqı borcu olmayan IV kurs tələbələrindən 104 nəfər iştirak edib. Buraxılış işlərinin müdafiəsi 6-20 iyun tarixlərində keçirilib. Buraxılış işinin yazılması və müdafiəsinə görə tələbənin toplaya biləcəyi balların maksimum miqdarı 100-ə bərabərdir.  50 bal buraxılış işinin hazırlanması və tərtibinə, digər 50 bal isə Dövlət Attestasiya Komissiyası qarşısında müdafiəsinə görə verilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!