ASAN Radio xəbər verir ki, fərmana əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə “ASAN Viza” sisteminin idarə edilməsi, inkişafı və təkmilləşdirilməsinin özünümaliyyələşdirmə mexanizmi çərçivəsində həyata keçirilməsi məqsədilə həmin sistemin dövlət-özəl tərəfdaşlığı (Public-Private Partnership) prinsipi əsasında fəaliyyətini təmin etmək, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasına səfər etmək üçün elektron vizanın sürətləndirilmiş qaydada alınması ilə bağlı müraciət etdikdə belə müraciətlərə “ASAN Viza” sistemi vasitəsilə 3 saat ərzində baxılmasını təmin etmək, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrə getməsi üçün zəruri vizaların “ASAN Viza” sistemi (“ASAN Viza 2.0”) vasitəsilə alınmasını təmin etmək üçün təkliflər vermək, “ASAN Viza” sistemində bu fərmanda nəzərdə tutulan dəyişikliklərin aparılmasını təmin etmək tapşırılıb.
Aşağıdakı linkdən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin informasiya təminatı və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Hüseynovun səs yazısını dinləyə bilərsiniz.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!