USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Şirvan şəhərindəki hərbi hissəsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 23-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Şirvan şəhərində yerləşən hərbi hissəsinin açılışında iştirak edib.

ASAN Radio xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov dövlətimizin başçısına raport verib.

Prezident İlham Əliyevə məlumat verilib ki, hərbi hissədəki yeni binaların inşasına 2012-ci ildə başlanıb və 2017-ci ilin mayında inşaat işləri başa çatdırılıb. Ümumi ərazisi 8,5 hektar olan hərbi hissədə qərargah, kazarma binaları, yeməkxana, tibb məntəqəsi və digər binalar inşa edilib. Binalar mərkəzləşdirilmiş mühəndis kommunikasiya, o cümlədən elektrik, su-kanalizasiya, havalandırma sistemləri, mebel və inventarlarla təchiz edilib. Ərazidə avtomobil parkı, atış şəhərciyi, qarovul məntəqəsi, anbarlar, müasir hamam-camaşırxana kompleksi də yaradılıb. Həmçinin hərbi hissədə 8 min kvadratmetr ərazidə sıra meydanı da var. Hərbi hissənin tədris bölməsində atəş, rabitə, taktiki hazırlıq, avtomobillərin idarə edilməsi, yol hərəkətinin təşkili və aşpazların hazırlanması sinifləri də hərbçilərin istifadəsinə verilib. Sinif otaqlarının hamısı zəruri inventar, o cümlədən əyani vəsaitlə təchiz olunub. Hərbi hissənin həyətində idman qurğuları da quraşdırılıb. Gələcəkdə burada dördmərtəbəli kazarmanın inşası planlaşdırılır.

Qərargah binasının foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ordu quruculuğuna diqqət və qayğılarını əks etdirən fotostend yaradılıb. Binadakı brifinq və xidməti otaqlar zəruri inventarla təchiz olunub. Burada hərbçilərin yüksək səviyyədə xidmət aparmaları üçün hərtərəfli şərait yaradılıb.

Dövlət başçısı əsgər kazarmasında da olub. Müasir səviyyədə yaradılan kazarmada əsgərlərin qalmaları və istirahət etmələri üçün bütün şərait var. Kazarmalar isti döşəmə, həmçinin kondisionerlə təchiz olunub. Kazarmada əsgərlərin asudə vaxtının səmərəli təşkili üçün də geniş imkanlar mövcuddur. Burada ideoloji və məişət otaqları, əmlak anbarı və bərbərxana da əsgərlərin ixtiyarına verilib. Bir sözlə, buradakı şərait Azərbaycan dövlətinin ordu quruculuğu, o cümlədən Daxili Qoşunların hərbçilərinin xidmət şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində atılan addımların ardıcıl xarakter aldığını göstərir. Bu, həm də onu göstərir ki, Azərbaycan əsgəri bu gün ən müasir hərbi hissələrdə xidmət keçir. Bu isə şübhəsiz ki, Ali Baş Komandanın diqqəti və qayğısı sayəsində mümkün olub.

Sonra dövlət başçısı Daxili Qoşunların hərbi silah-sursat və texnikası ilə tanış olub. Bu gün Daxili Qoşunlar istər döyüş qabiliyyəti, istər maddi-texniki təchizat, istərsə də hərbi-texniki avadanlıqlara görə ən müasir hərbi birləşmələrdən biridir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vahid sisteminin mühüm struktur hissələrindən biri olan Daxili Qoşunlar cəmiyyətin və dövlətin mənafeyinin, vətəndaşların konstitusion hüquqlarının və azadlıqlarının cinayətkar qəsdlərdən qorunması, mühüm dövlət obyektlərinin, kommunikasiya qurğularının mühafizəsinin həyata keçirilməsi, ictimai asayişin mühafizəsi və qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri layiqincə yerinə yetirir.

Sonra Prezident İlham Əliyev hərbi hissənin əsgər yeməkxanasında yaradılan şəraitlə tanış olub. Burada əsgərlərin dolğun qidalanmaları üçün bütün zəruri şərait yaradılıb. Yeməkxanada eyni vaxtda 320 əsgər qidalana bilər. Yeməkxananın çörək, balıq, ət, tərəvəz, quru ərzaqlar və sinif otaqları da var.

Hərbi hissənin tibb məntəqəsi də müasir səviyyədədir. Burada hərbi qulluqçulara yüksək səviyyədə tibbi xidmət göstərmək üçün zəruri şərait yaradılıb. Məntəqədə palatalar, aptek, yeməkxana, sarğı və digər zəruri otaqlar var. Burada hərbi qulluqçulara fizioterapiya, stomatoloji və başqa tibbi xidmətlər göstəriləcək.

Hərbi hissənin ərazisində geniş abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!