USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Dövlət Komitəsinin sədri “Bney Brit” beynəlxalq təşkilatının nümayəndələri ilə görüşüb

İyunun 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkəmizdə yaşayan yəhudilərin vəziyyəti ilə tanış olmaq, İsrail-Azərbaycan əlaqələrinin daha da möhkəmlənməsinə çalışmaq məqsədilə Azərbaycanda səfərdə olan “Bney Brit” beynəlxalq təşkilatının prezidenti Qari Saltzmən və nümayəndə heyətinin üzvləri ilə görüşüb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən ASAN Radioya bildirilib ki, görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, icraçı direktoru Daniel  Mariaşin, BMT və Əlaqələndirmə Məsələləri üzrə direktoru Devid Maykls, eləcə də təşkilatın direktorlar şurasının və nümayəndə heyətinin üzvləri, Avropa Yəhudiləri Bakı dini icmasının baş ravvini Şneor Siqal da iştirak edib.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdəki dinlər və etnik qruplar arasındakı münasibətlər Ümummilli Liderimiz Heydər Əliyevin dövlətçilik konsepsiyasına uyğun olaraq daha da möhkəmlənib, bu sahə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə  çevrilib. Ümummilli Lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hazırda ölkədə dini etiqad azadlığının və multimədəni harmoniyanın təminatçısı və himayədarıdır. Azərbaycan hökumətinin din siyasəti demokratik dövlət quruculuğuna, dövlət-din münasibətlərinin milli-mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır.

Qeyd olunub ki, milli-mənəvi dəyərlərimizin qorunmasına, tarixi-mədəni abidələrimizin bərpasına böyük önəm verən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bir sıra məscid və ziyarətgahların, xristian və yəhudi abidələrinin təmir və bərpasına xüsusi diqqət göstərir.

Azərbaycanın İsraildən sonra yəhudilərin ən sıx məskunlaşdığı ölkə olduğunu vurğulayan Komitə sədri ölkəmizdə 7 sinaqoqun, yəhudi məktəblərinin fəaliyyət göstərdiyini bildirib. O qeyd edib ki, dövlət tərəfindən dini konfessiyaların fəaliyyətinin dəstəklənməsi məqsədilə mütəmadi olaraq İslam və qeyri-islam dini icmalarına maliyyə vəsaiti ayrılır. Maliyyə vəsaitinin ayrılması ilə bağlı növbəti Sərəncam bu yaxınlarda imzalanıb ki, burada Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 250 min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 100 min manat maliyyə vəsaitinin ayrılması nəzərdə tutulub.

 “Bney Brit” beynəlxalq təşkilatının fəaliyyəti barədə məlumat verən Qari Saltzmən bildirib ki, bir əsrdən çox tarixə malik təşkilatın əsas vəzifəsi dini müxtəlifliyi təbliğ etmək, müxtəlif dinlərin nümayəndələrinin tolerantlıq mühitində yaşaması üçün işlər görməkdir.

Qonaq unikal dini tolerantlıq modelinə malik olan dövlət kimi Azərbaycanda yəhudilərin ibadəti və dini adət-ənənələrini qoruması üçün şərait yaradılmasından, yəhudilərə hörmət və qayğı göstərilməsindən məmnun olduğunu bildirib.

Görüşdə ikitərəfli əməkdaşlıq, Azərbaycan və yəhudi xalqlarının qardaşlığını gücləndirə biləcək ortaq layihələr haqqında müzakirələr aparılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!