USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Ayın qalibi bəlli olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində ötən ayın qalibləri məlum olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən ASAN Radioya xəbər verilib ki, “Tullantıdan incəsənətə” mövzusu üzrə məktəblərin fəaliyyəti təhlil edilib və müvafiq meyarlar üzrə “Ayın ən təmiz məktəbi” nominasiyasında 290, 149, 44, 328 nömrəli məktəblər I, 220, 283, 144, 156 nömrəli məktəblər II, 60, 47, 206, 102, 232 nömrəli məktəblər III yerə layiq görülüb.

“Tullantıdan incəsənətə” mövzusu üzrə paytaxtın 8, 53, 98, 92, 110, 111, 125, 128, 136, 157, 186, 227, 230, 240, 258, 314 nömrəli məktəbləri də fəallıqları ilə seçilib.

Layihə üzrə müəyyənləşdirilmiş mövzuların reallaşdırılması baxımından təhsil müəssisələrinə sərbəstlik verilib.

Bakı şəhəri üzrə 12 inzibati rayonun hər birində pedaqoji kollektiv və məktəblilər tərəfindən “Tullantıdan incəsənətə” mövzusunda müsabiqə, yarış, “Açıq dərs”, sərgi və ekskursiyalar keçirilib, müxtəlif araşdırmalar aparılıb. Belə ki, şagirdlər müxtəlif lazımsız plastik butulkalardan, yumurta qabıqlarından, atılmış qaşıq və çəngəllərdən, parça kəsiklərindən, düymələrdən və digər tullantı məhsullarından istifadə edərək zövq oxşayan əsərlər yaradıblar.

Bundan başqa, aylıq çərçivəsində məktəblərin həyətyanı sahələri təmizlənib, ağacların dibi bellənib, abadlıq işləri görülüb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!