USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
DİN Hospitalında yeni şöbənin və Gigiyena və Epidemiologiya Mərkəzinin açılışı olub

Daxili İşlər Nazirliyinin (DİN) Tibb İdarəsinin general-leytenant Arif Heydərov adına Respublika Hospitalının hemodializ şöbəsinin və həmin idarənin Gigiyena və Epidemiologiya Mərkəzinin yeni tikilmiş binasının açılışına həsr olunmuş mərasim keçirilib.

DİN-in mətbuat xidmətindən ASAN Radioya bildiriblər ki, rəmzi qırmızı lent kəsildikdən sonra daxili işlər nazirinin müavini, general-leytenant İsmət Əliyev və iştirakçılar yeni şöbə və mərkəzdə yaradılan şəraitlə tanış olublar.

DİN Maddi-Texniki Baş İdarəsinin rəisi, general-mayor Elçin Həsənov və Tibb İdarəsinin rəisi, tibb xidməti polkovniki Mahmud Yusifov binanın birinci mərtəbəsində yerləşən hemodializ şöbəsinin qeydiyyat sektoru, hemodializ zalı, palata, əməliyyat və tibbi personal üçün ayrılmış otaqlar haqqında məlumat veriblər.

Qeyd olunub ki, bura beynəlxalq standartlara cavab verən ən müasir texnika, avadanlıq və hermetik qapılarla təchiz olunub. Xəstələrin müayinə və müalicəsi, eyni zamanda, tibbi heyətin rahat fəaliyyəti üçün hər cür şərait yaradılıb.

Sonra tədbir iştirakçıları binanın ikinci mərtəbəsində yerləşən Gigiyena və Epidemiologiya Mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş fotoguşə, saxlanc-server, analizlərin yığılması və qəbulu otaqları, həmçinin bakterioloji laboratoriyada olublar. Bildirilib ki, laboratoriya ən müasir tibbi avadanlıqla təchiz edilib.

Mərkəzlə tanışlıqdan sonra nazir müavini İsmət Əliyev tibbi heyətlə görüşüb, yeni binanın istifadəyə verilməsi münasibətilə DİN rəhbərliyi adından kollektivi təbrik edib. Diqqətə çatdırılıb ki, cəmi bir il ərzində ərsəyə gələn bina ən yüksək standartlara cavab verir. Əsas məqsəd daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə keyfiyyətli, beynəlxalq standartlara cavab verəcək tibbi xidmətin göstərilməsi, xəstəliklərin vaxtında aşkar edilməsidir. Yeni mərkəzin fəaliyyətə başlaması ilə burada bütün növ analizlərin həyata keçirilməsi mümkün olacaq və xəstələrin xarici ölkələrə göndərilməsinə ehtiyac qalmayacaq. Bütün bunlar daxili işlər orqanları əməkdaşlarına ölkə və DİN rəhbərliyinin diqqət və qayğısının nəticəsidir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!