USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakı Limanında 2017-ci ilin birinci yarım ilində qeyri-neft məhsulları üzrə yükaşırmada 43,5% artım qeydə alınıb

Prezident İlham Əliyevin ölkə iqtisadiyyatının diversifikasiyasına yönəlmiş siyasətinin tələblərinə və qəbul olunmuş “Strateji Yol Xəritəsi”nin çağırışlarına cavab verərək, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC xarici yüklərin cəlb olunması, Limanda dünya standartlarına cavab verən əməliyyatların tətbiqi üçün fəaliyyətini davam etdirib. Nəticədə 2017-cı ilin I yarım illiyində Bakı Limanında bütün istiqamətlər üzrə artım qeydə alınıb.

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-dən ASAN Radioya verilən məlumata görə, belə ki, ümumi yükaşırmanın (neft məhsulları xaric) həcmi keçən ilin müvafiq dövrü ilə müqaisədə  43,5%-ə qədər artaraq 1 900 min ton təşkil edib. Yükaşırmanın 89%-i  tranzit yükaşırmanın payına düşüb. 

Ələt qəsəbəsində yerləşən Bərə Terminalında vaqon aşırılması 35,2% artaraq 21 775 ədədə çatıb. Vaqonların 10 041 (46.1%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində, 5 773 vaqon (26.5%) Bakı-Aktau-Bakı istiqamətində, 5 961 vaqon (27.4%) isə cari ilin mart ayında istifadəyə verilmiş Kurik limanından, başqa sözlə Bakı-Kurik-Bakı istiqamətində hərəkət edib. Hər iki istiqamətdə (Türkmənistan, Qazaxıstan) sərnişindaşıma isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 50%-ə qədər artaraq 14 478 nəfər olub.

Eyni zamanda nəzərəçarpacaq artım təkərli texnikanın xüsusən də, iri həcmli nəqliyyat vasitələrinin (TIR) aşırılmasında qeydə alınıb. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə Bakı Limanının xidmətlərindən istifadə edən bu tipli nəqliyyat vasitələrinin sayı 53.7% artaraq 16 204 ədəd iri həcmli və digər nəqliyyat vasitəsi təşkil edib. Bunlardan 10 154 ədədi (62.7%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində, 6 050 ədədi (37.3%) Bakı-Aktau-Bakı istiqamətində hərəkət edib.

Bakı şəhərində yerləşən Əsas Yük Terminalında aşırılan yüklərin miqdarı 2017-ci ilin birinci yarım ilində keçən ilin müvafiq dövrü ilə müqayisədə 5% artaraq 290 min ton olub. Aşırılan yüklərin böyük hissəsi tranzit konteynerlərin və digər yüklərin  payına düşüb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!