USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İsveç-Azərbaycan Federasiyası Ermənistanın təxribatı ilə bağlı beynəlxalq təşkilatlara etiraz məktubu göndərib

İsveç-Azərbaycan Federasiyası iyulun 4-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində mülki şəxslər Sahibə Quliyevanın, nəvəsi 2 yaşlı Zəhranın həlak olması, Sərvinaz Quliyevanın yaralanması ilə bağlı beynəlxalq təşkilatlara etiraz məktubu ünvanlayıb.

Etiraz məktubunda bildirilib ki, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslərin həlak olması faktı beynəlxalq qurumlar tərəfindən qəti şəkildə pislənilməlidir. İsveç-Azərbaycan Federasiyası etiraz mətktubunda beynəlxalq ictimaiyyəti, ATƏT-in Minsk qrupunda həmsədr ölkələri, BMT-ni təcavüzkar Erməni Silahlı Qüvvələrinə qarşı konkret addımlar atmağa, habelə beynəlxalq hüquq norma və prinsiplərinə uyğun sərt sanksiyalar tətbiq etməyə çağırıb.

Azərbaycanın mülki əhalisinə qarşı bu cür hücumları həyata keçirən Ermənistan ordusunun Cenevrə Konvensiyalarının müddəalarını açıq şəkildə pozduğu və belə hallara qarşı mübarizə aparılmadıqda onların təkrarlanması təhlükəsinin yarandığı məktubda qeyd edilib. Ermənistanın uzun illərdir Azərbaycan ərazilərinin 20 faizini işğal etdiyi, dinc əhalinin, o cümlədən qocaların, qadınların, körpə uşaqların qətlə yetirdiyi vurğulanaraq  münaqişəyə dünya birliyi tərəfindən daha çox diqqət ayrılmasının, ölkəmizin haqlı mövqeyinin dəstəklənməsinin vacibliyi qeyd edilib.

Qeyd edək ki, etiraz məktubu BMT, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə, Avropa Parlamentinə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, Avropa Şurası Parlament Assambleyasına, İsveç hökumətinə, İsveç Xarici İşlər Nazirliyinə, İsveçin Avropa İttifaqındakı Parlament nümayəndəliyinə və ATƏT-in Minsk qrupunun həmsədrlərinə göndərilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!