USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Ombudsman Krans-Montana Forumunun iştirakçılarını Alxanlıdakı hadisə ilə bağlı məlumatlandırıb

İspaniyanın Barselona şəhərində Krans-Montana Forumunun 28-ci illik sessiyası keçirilib.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının mətbuat xidmətindən ASAN Radioya verilən məlumata görə, tədbirdə Ombudsman Elmira Süleymanova iştirak edib. Müvəkkil miqrasiya məsələlərinə həsr edilmiş plenar sessiyanın proqramında nəzərdə tutulmuş məruzə ilə çıxış edib. Azərbaycanda Ombudsman təsisatının 15 illik uğurlu fəaliyyətindən danışan Müvəkkil müxtəlif əhali qruplarının, o cümlədən də qaçqın, məcburi köçkün və miqrantların hüquq və azadlıqlarının müdafiəsi məqsədilə həyata keçirilən müxtəlif tədbirlər haqda məlumat verib.

E. Süleymanova qeyd edib ki, ikitərəfli atəşkəs razılığı əldə edilməsinə baxmayaraq, bu rejim ermənilər tərəfindən müntəzəm olaraq pozulur, 25 ildən artıq davam edən erməni hərbi təcavüzü nəticəsində minlərlə günahsız insanın həyatına son qoyulub, kütləvi şəkildə insan hüquqları kobudcasına pozulur, dünya mədəniyyətinə mənsub tarixi, dini və mədəni abidələri tam dağıdılıb.

Müvəkkil iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən bir daha Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində məskunlaşan çoxsaylı mülki əhalinin yaşadığı ərazilərə və mülki obyektlərə hədəflənmiş şəkildə və qəsdən şiddətli atəşə tutulması nəticəsində 50 yaşlı Sahibə Quliyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olduğunu, Səlminaz Quliyevanin ağır yaralandığını və mülki obyektlərin dağıdıldığını bildirib. Qətlə yetirilmiş 2 yaşlı Zəhranın və onun nənəsinin fotoları yerləşdirilmiş Azərbaycan Ombudsmanının bəyanatı ingilis dilində toplantı iştirakçılarına paylanıb, KİV-lərə təqdim olunub.

Forumda iştirak edən bir neçə ölkənin prezidentləri, rəsmiləri, jurnalistlərlə və digər iştirakçılarla görüşlər keçirilib, əməkdaşlığın inkişafına imkan yaradılması və davam etdirilməsi məsələləri müzakirə edilib.

Sonda Krans-Montana Forumunun bir neçə iştirakçısına qızıl medallar və sertifikatlar paylanılıb. Həmin mükafatlardan biri Türkdilli Ölkələrin Əlaqələndirmə Şurasının baş katibi Ramil Həsənova təqdim olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!