USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
"Qarabağ" klubu UEFA Çempionlar Liqasına böyük hesablı qələbə ilə başlayıb

Ağdamın "Qarabağ" klubu futbol üzrə UEFA Çempionlar Liqasına böyük hesablı qələbə ilə başlayıb.

ASAN Radio xəbər verir ki, turnirin ikinci təsnifat mərhələsindən mübarizəyə başlayan Ağdam təmsilçisi iyulun 11-də Tofiq Bəhramov adına Respublika stadionunda Gürcüstanın "Samtredia" klubunu qəbul edib.

Türkiyəli baş hakim Mete Kalkavanın idarə etdiyi oyunun 10-cu dəqiqəsində rəqib futbolçu Culi Mancqaladzenin kobud oyununa görə, "Samtredia"nın qapısına 11 metrlik cərimə zərbəsi təyin olunub. Cərimə zərbəsini dəqiq yerinə yetirən Əfran İsmayılov "Qarabağ"ı hesabda önə çıxarıb.

Qarşılaşmanın 37-ci dəqiqəsində "Qarabağ" hesab arasındakı fərqi artırıb. Ansi Aqollinin ötürməsini Dino Ndlovu qolla tamamlayıb - 2:0.

Birinci hissəsinin sonunda rəqib komandanın qapıçısı Omar Migineşvilinin D.Ndlovuya qarşı kobud oyununa görə, "Samtredia"nın qapısına 11 metrlik cərimə zərbəsi təyin olunub. Zərbəni dəqiq yerinə yetirən D.Ndlovu matçda dublunu rəsmiləşdirib.

Görüşün ilk hissəsi "Qarabağ"ın 3:0 hesablı üstünlüyü ilə başa çatıb.

Ağdam təmsilçisi ikinci hissəyə daha fəal başlasa da, oyunun sonuncu dəqiqələrində fərqlənib. Matçın 83-cü dəqiqəsində "Qarabağ"ın futbolçusu Donald Gerryer dördüncü topu rəqib komandanın qapısından keçirib. Oyunun əsas vaxtına əlavə olunmuş hissədə isə Miçel son nöqtəni qoyub və görüş "Qarabağ"ın 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Komandalar arasında cavab oyunu bir həftə sonra Gürcüstanda keçiriləcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!