19/10/2017 15:05

Valyuta USD EUR RUB TRY
Kurs 1.7001 2.0000 0.0297 0.4638


Havadasan

15 iyulda gözlənilən hava şəraiti 


14.07.2017   15:32


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ASAN Radioya verilən məlumata görə,Bakıda və Abşeron yarımadasında iyulun 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 19-23, gündüz 30-34, Bakıda gecə  19-21, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda  23-24, Türkan, Hövsan, Sahil, Şıxda  25-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında

İyulun 15-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 19-24, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.  

Tibbi-meteoroloji proqnoz

İyulun 17-dək Abşeron yarımadasında zəif küləklərin üstünlüyü fonunda günorta saatlarında isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir.




Xəbər lenti

18 Oktyabr











ASAN Radio telefonunuzda
Facebook