Neftçala sakini itkin düşüb.
ASAN Radio APA-ya istinadla xəbər verir ki, Neftçala rayon sakini, 2000-ci il təvəllüdlü Əliyev İbrahim Yaşar oğlu Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 22-də keçirilən qəbul imtahanında iştirak etmək məqsədilə Bakıya gedib.
Yaxınlarının dediyinə görə, İbrahim Əliyev iyulun 24-ü saat 07:15 radələrində Bakı Beynəlxalq Avtovağzalından mikroavtobusla Neftçalaya yola düşüb. Lakin hələlik məlum olmayan səbəblərdən evə gəlməyib.
İbrahim Əliyevi görənlərdən və ya onun barəsində hər hansı məlumatı olanlardan 050-727-96-16, 055-907-52-69 nömrələri ilə əlaqə saxlayıb xəbər vermələri xahiş olunur.
Faktla bağlı Neftçala rayon Polis İdarəsində araşdırmalar aparılır.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!