USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Cavid Qurbanov: Azərbaycan voleybol üzrə qadınlar arasında Avropa çempionatını yüksək səviyyədə keçirəcək

Avqustun 2-də Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Cavid Qurbanov Voleybol Mərkəzində federasiyanın və 2017-ci il Avropa çempionatının təşkilat komitəsinin nümayəndələri ilə görüşüb.

ASAN Radionun Federasiyaya istinadən verdiyi məlumata görə, C.Qurbanov Azərbaycanda voleybol üzrə qadınlar arasında Avropa çempionatının yüksək səviyyədə keçiriləcəyinə əminliyini bildirib.

O deyib: “Artıq uzun illərdir Azərbaycan beynəlxalq yarışlara ev sahibliyi edir. AVF-ni qarşıda böyük imtahan gözləyir. Səksəndən çox ölkəyə yayımlanacaq voleybol üzrə qadınlar arasında Avropa çempionatı Bakıda və Göygöldə keçiriləcək. Avropa çempionatının Gürcüstanla birgə keçirilməsinə baxmayaraq, daha böyük məsuliyyət Azərbaycanın üzərinə düşür. Çünki üç qrupun matçları, eləcə də yarımfinal və final oyunları ölkəmizdə keçiriləcək. Hər birimiz əlimizdən gələni etməliyik ki, yarışda iştirak edəcək idmançılar, qonaqlar, jurnalistlər bizim təşkilatçılığımızdan razı qalsınlar. Avropa çempionatının başlanmasına az vaxt qalıb. Fikrimcə, Azərbaycan komandası Avropa çempionatında yüksək nəticə əldə edəcək.

AVF–nin birinci vitse-prezidenti, voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev də yarışda uğurlu çıxış edəcəklərinə inandığını deyib: “Azərbaycan Voleybol Federasiyası bir çox beynəlxalq yarışlara ev sahibliyi edib. Avropa çempionatı həm federasiya, həm də komandamız üçün daha böyük məsuliyyət deməkdir. Ümidvaram ki, bu yarışda da yüksək nəticə əldə edəcəyik. Avropa Voleybol Konfederasiyasının nümayəndələri Bakıda və Göygöldə test oyunlarının keçirilməsi məqsədilə iyulda ölkəmizdə səfərdə olublar”.

AVF-nin nəzdində olan Voleybol Regional İnkişaf Mərkəzinin rəhbəri və Avropa çempionatının təşkilatı üzrə məsul şəxsi Nərgiz İsmayılova diqqətə çatdırıb ki, iyulun 22-25-də Bakıda və Göygöldə yoxlama oyunları keçirilib. İyulun 22-də Bakıda Milli Gimnastika Arenasında və iyulun 25-də Göygöl Olimpiya İdman Kompleksində test oyunları keçirilib. Bu oyunlar zamanı arenalarda işıqlandırma sistemi, “Challenge” sistem, led sistem və digər texniki məsələlər yoxlanılıb. Avropa Voleybol Konfederasiyasından gələn nümayəndələr arenalardan razı qalıblar. İyulun 28-də Bakıdakı Heydər Əliyev Mərkəzində voleybol festivalı keçirilib. Festival Avropa çempionatının təbliğı məqsədilə təşkil olunub. Tədbirdə milli komandamızın üzvləri iştirak ediblər. Avropa Voleybol Konfederasiyası belə bir festivalın keçirildiyinə görə Azərbaycan Voleybol Federasiyasına təşəkkür məktubu göndərib. Onlayn olaraq və Bakıdakı kassalarda bilet satışına da start verilib.

İclasın sonunda təşkilat komitəsinin nümayəndələri çıxış ediblər. Onlar Avropa çempionatının keçirilməsində təşkilati məsələlərdə hər cür kömək göstərəcəklərini vurğulayıblar.

Xatırladaq ki, Avropa çempionatının final oyunları sentyabrın 22–dən oktyabrın 1-dək Azərbaycanda və Gürcüstanda keçiriləcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!