USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Əli Laricani: Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi mühüm addımdır

“İslam Həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında” mövzusunda keçirilən konfransda iştirak etmək məqsədilə Tehranda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti avqustun 7-də İran İslam Şurası Məclisinin (parlamentin) sədri Əli Laricani ilə görüşüb.

ASAN Radionun xəbərinə görə, görüşdə İran parlamentinin sədri bildirib ki, İran ilə Azərbaycan tarixi dostluq əlaqələrinə malikdir. Hər iki ölkənin prezidentləri siyasi iradə nümayiş etdirərək münasibətlərin yüksək səviyyəyə çatmasına nail olublar.

Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ili ölkədə “İslam Həmrəyliyi İli” elan etməsinin mühüm addım olduğunu vurğulayan Ə.Laricani dövlətimizin başçısının bu təşəbbüsünü və Allahşükür Paşazadənin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirib.

İran parlamentinin sədri “İslam Həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında” mövzusunda konfransın keçirilməsini mütərəqqi hal hesab edərək bunun İslam dünyasında həmrəyliyin formalaşmasına kömək göstərəcəyini diqqətə çatdırıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını İran parlamentinin sədri Əli Laricaniyə çatdırıb. Şeyxülislam qeyd edib ki, İran-Azərbaycan münasibətləri dövlət başçılarının siyasəti nəticəsində yüksələn xətlə inkişaf edir. Hər iki ölkənin həmrəyliyi İslam dünyasında baş verən təlatümlü hadisələrin aradan qaldırılmasına ciddi yardım edər. Azərbaycan Prezidentinin İslam dünyasına həmrəylik çağırışı müsəlmanların dinc və mehriban şəraitdə yaşamasına əməli töhfəsini verir. Azərbaycanda bütün dini konfessiyaların nümayəndələri bərabər hüquqlara malikdirlər, dinc və mehriban şəraitdə yaşayırlar.

Görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatları Eldar İbrahimov, Hikmət Məmmədov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və İrandakı səfiri Bünyad Hüseynov, İran-Azərbaycan parlamentlərarası işçi qrupunun sədri Salman Xodadadi və başqaları iştirak ediblər.

Söhbət zamanı qeyd olunub ki, bəzi qüvvələr radikal dini cərəyanları maliyyələşdirərək regionda sülhü pozmağa və qeyri-sabit vəziyyət yaradıb öz maraqlarını güdməyə çalışırlar. Lakin qarşılıqlı əlaqələrin tarixi köklərə söykənməsi və xalqların milli dini oxşarlığı, eyni zamanda, İran və Azərbaycan prezidentlərinin səyləri üçüncü tərəfin münasibətlərimizə müdaxiləsinə imkan verməz.

Hazırda İran ilə Azərbaycan enerji, nəqliyyat, kənd təsərrüfatı, turizm, səhiyyə və digər sahələrdə geniş əməkdaşlıq edirlər. Əlaqələrin səmimi xarakter daşıması onun böyük perspektivindən xəbər verir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!