24/09/2017 01:41

Valyuta USD EUR RUB TRY
Kurs 1.7007 2.0209 0.0292 0.4853


ASAN xəbər

Binəqədi İcra Hakimiyyətində təcrübə keçən 10-cu qrup ASAN könüllüləri ASAN Radionun qonağı olublar 


12.08.2017   12:28


Binəqədi rayonu İcra Hakimiyyətinin təşəbbüsü ilə RİH-də təcrübə keçən 10-cu qrup ASAN könüllüləri 12 Avqust “Beynəlxalq Gənclər Günü münasibətilə ASAN Radionun qonağı olublar.

ASAN Radionun məlumatına görə, ilk öncə radionun rəhbərliyi ilə görüş keçirilib.

Görüşdə ASAN Radionun direktoru Emin Musavi, Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Rüfət Əhmədov, Binəqədi rayon İcra Hakimiyyətində təcrübədə olan 10-cu qrup ASAN Könüllüləri iştirak ediblər.

Səmimi keçən görüşdə ASAN Radionun direktoru Emin Musavi gəncləri salamlayıb və ASAN Radio haqqında geniş məlumat verib. O, çıxışında Binəqədi rayonunda son illərdə gedən abadlıq-quruculuq işlərindən, o cümlədən, rayonun saytının, facebook səhifəsinin operativliyindən söz açıb. Qeyd edib ki, KİV günümüzün aktual hissəsini kəsb edir və Binəqədi rayonunda bu işlərin düzgün təşkil edilməsi müsbət haldır.

Sonra çıxış edən Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova Binəqədi rayon İcra Hakimiyyətinin rəhbərliyinin salamlarını çatdırıb və ASAN Radionun kollektivini 12 Avqust “Beynəlxalq Gənclər Günü münasibətilə təbrik edib.

Daha sonra Binəqədi rayon İcra Hakimiyyətində təcrübədə olan 10-cu qrup ASAN Könüllüləri öz səmimi fikirlərini bölüşüblər.

Görüşdən sonra ASAN Radionun inzibati binası ilə tanışlıq olub.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılan ASAN Radio 24 dekabr 2015-ci il tarixdən etibarən 100 FM dalğasında test yayıma başlayıb və bu gün öz fəaliyyətini uğurla davam etdirir.




Xəbər lenti

23 Sentyabr
22 Sentyabr











ASAN Radio telefonunuzda
Facebook