USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycanda Hindistanın müstəqilliyi günü qeyd olunub

Avqustun 15-də Hindistanın müstəqilliyinin 70-ci ildönümü bu ölkənin Bakıdakı səfirliyində qeyd olunub.

Səfirlikdən ASAN Radioya bildiriblər ki, səfir Sanjay Rana tərəfindən bayrağın qaldırılmasından sonra Hindistanın dövlət himni səsləndirilib. Səfir Hindistan Prezidentinin müstəqillik günü ərəfəsində xalqa müraciətini oxuyub.

Hindistanın Prezidenti Ram Nath Kovind müraciətində Hindistanın azadlıq mübarizlərinin və müasir Hindistanın böyük xadimlərinin fədakarlıqlarını qeyd edib. O, Hindistan xalqını azadlıq mübarizəsindən ruhlanmağa və 2022-ci ilədək “Yeni Hindistan” yaratmağa çağırıb.

Səfirlikdə təşkil olunan tədbirdə Azərbaycanda yaşayan Hindistan vətəndaşları və onların ailə üzvləri, ictimaiyyətin nümayəndələri Azərbaycan Dillər Universitetinin Hindistan Mərkəzinin tələbələri və Hindistanın dostları iştirak ediblər.

Səfir Sanjay Rana Hindistan və Azərbaycan arasında yaxın dostluq münasibətlərinin mövcud olduğunu və əməkdaşlığın iqtisadi, siyasi, sosial, humanitar, mədəniyyət və təhsil kimi bütün sahələrdə gündən-günə möhkəmləndiyini qeyd edib. O deyib ki, 1991-ci ildə Hindistan Azərbaycanı müstəqil respublika kimi tanıyan ilk ölkələr arasında olub. Bu il Hindistan və Azərbaycan diplomatik münasibətlərin qurulmasının 25 illiyini Hindistan-Azərbaycan Dostluq Festivalı çərçivəsində hər iki ölkədə təşkil olunan bir sıra mədəni tədbirlərlə qeyd edir. İkitərəfli ticarətin həcmi 63 faizdən çox artıb. Hindistan azərbaycanlı tələbə və mütəxəssislər üçün təlim imkanları təklif edir. Həm Hindistan, həm də Azərbaycandan olan tələbələr getdikcə daha çox bir-birinin ölkəsində təhsil almağa çalışır.

Səfir qeyd edib ki, AZPROMO ilə aparılan son müzakirələrdə iki tərəf kənd təsərrüfatı və kənd təsərrüfatı məhsulları, əczaçılıq və səhiyyə, neft və qaz sektorunun təchizatı, emal, modernləşdirmə, biznes üçün İT xidmətləri də daxil olmaqla İKT, turizm və otelçilik sahələrində ikitərəfli əməkdaşlığın artırılması imkanları diqqət mərkəzində olub. Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi və iki ölkə arasında uçuşların qarşılıqlı faydalı əlaqələri daha da artıracağı, əmtəə və xidmətlər mübadiləsini təşviq edəcəyi qeyd olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!