USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Gündüz İsmayılov: Azərbaycanda dini radikalizm təhdidləri ilə bağlı vəziyyət bir xeyli yaxşılaşıb - AUDİO

"Ötən illərlə müqayisədə Azərbaycanda dini radikalizm təhdidləri ilə bağlı vəziyyət bir xeyli yaxşılaşıb, bu sahədəki təhdidlərin bir xeyli hissəsinin aradan qalxdığını demək olar".

ASAN Radionun məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov söyləyib.

G.İsmayılov deyib ki, bunun səbəbi həm inzibati, həm iqtisadi sahədə dini radikal təşkilatlara qarşı aparılan mübarizə, eyni zamanda maarifçilik sahəsində apardılan işlərlə əlaqədardır: "Radikal dini qrupların Azərbaycanda ciddi dayaqları yoxdur, belə dayaqların olması da mümkün deyil. Dini radikalizm savadsızlıq, xurafat, təhsildən yayınma meylləri olan ölkələrdə, bölgələrdə yayılır. Biz də əsasən xurafat meyllərinə qarşı mübarizə aparırıq, radikal dini qruplara qarşı inzibati tədbirlərin həyata keçirilir".

Suriya və İraqda İŞİD terror təşkilatına qarşı mübarizə fonunda radikal dini qrupların nümayəndələrinin Qafqaza, Azərbaycana dönüşü ehtimalı barədə səslənən fikirlərə gəlincə, G.İsmayılov bildirib ki, Azərbaycanda son illər ölkədən kənardakı münaqişə zonalarında silahlı birləşmələrə qoşulma halı qeydə alınmayıb: "Bunun özü də deməyə əsas verir ki, Azərbaycanda dini radikalizmə qarşı görülən işlərin konkret nəticələri var. Hansısa radikal dini, terror qruplarının Azərbaycana təsir etməsini real saymıram. Çünki Azərbaycanın iqtisadi imkanları, hüquq-mühafizə orqanlarının bu sahədə fəaliyyəti, eyni zamanda paralel olaraq aparılan ideoloji iş bu cür qrupların Azərbaycanda özlərinə dayaq tapmasını mümkünsüz edir".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılovun müsahibəsindən bir hissəni buradan dinləyin:

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!