USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Polkovnik-leytenant Raquf Orucovun arzusu gerçəkləşdi: Oğlu Aqşin ADA Universitetinə daxil olub

ADA Universitetinin Beynəlxalq və İctimai Münasibətlər İnstitutunun yeni bakalavr tələbələri arasında Oruclu Aqşin Raquf oğlu da var. O, bura daxil olmaqla öz arzusundan daha ümdə olan atasının arzusunu- 2016-cı ilin “Aprel döyüşləri”ndə böyük hünər, rəşadət göstərərək şəhidlik zirvəsinə ucalan polkovnik-leytenant Raquf Orucovun arzusunu yerinə yetirib. Bu barədə ASAN Radio ADA Universitetinə istinadən xəbər verir.

“Atam həmişə mənim ADA Universitetində təhsil almağımı istəyirdi. Xatırlayıram, bir neçə il əvvəl onun hərbçi dostunun övladı ADA-ya qəbul olmuşdu. Atam bunu bizə böyük sevinc və rəğbət hissi ilə danışırdı. Mən, onun keçirdiyi bu sevinc hissini təkrarlamaq istəyirdim. Düşünürdüm ki, əgər dostunun övladına görə belə sevinirsə, mən ADA-da oxusam necə sevinəcək?!” - deyə, Aqşin Orucov bildirib.

Vətən uğrunda canını qurban edən “Murov qartalı”nın oğlu Aqşin, gələcəkdə diplomat olub Vətənini informasiya müharibəsində qorumaq istəyir.

ADA Universitetində tələbə kimi qeydiyyatdan keçərkən onun sevincini bölüşən anası Sevinc xanım olub: “Raqufun arzusunun həyata keçdiyi üçün qürur duyuram. O, daim təhsilə önəm verirdi. Uzaqda olsa da, hər gün zəng edib uşaqların dərsləri, aldığı qiymətlərlə maraqlanırdı. Şadam ki, Aqşin də onun inamını doğrultdu. Raqufun ruhu bu gün bizimlə birgə fəxr hissi keçirir.”

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!