USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Pensiyaçılara kredit verilməməsinin səbəbi açıqlanıb

Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyi pensiyaçılara kredit verilməsinə qadağa qoyulmasının səbəblərini açıqlayıb.

Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib ki, söhbət pensiyaçılara kredit verilməsinin tamamilə qadağan olunmasından getmir: "Bu, sadəcə kredit portfelində pensiyaçıların sayı çox olan banklara edilən tövsiyədir".

Palata rəhbərinin sözlərinə görə, aparılan təhlillər göstərib ki, problemli kreditlərin tərkibində ən həssas qrup olan pensiyaçıların orta aylıq gəliri 160 manat təşkil edir. Onların ödədiyi aylıq ödənişlər isə 105 manat civarındadır. Belə olan halda pensiyaçının öz güzəranı sual doğurur: "Bu, o deməkdir ki, hər bir pensiyaçı hər ay qazancının təxminən 67-68 faizini borc müqabilində banka ödəməlidir və 55 manatla özünü təmin eləməlidir. Artıq bəllidir ki, 55 manat insanın bir ay ərzində yaşaması üçün yetərli deyil".

Digər tərəfdən Palatanın araşdırmaları göstərib ki, pensiyaçılar kreditləri çox vaxt özlərinin yox, yaxınlarının ehtiyacı üçün alırlar. Onlar isə ödəniş etmədikcə borc avtomatik olaraq pensiyaçının hesabından tutulur. Bu da onların sosial vəziyyətini pisləşdirir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!