Rusiyada "donuz qripi" virusu yayılmaqda davam edir. Bu virusa yoluxma halları daha çox Kaluqa vilayətində və Kamçatka diyarında qeydə alınıb. Bu barədə məlumatı diyarın səhiyyə naziri Marina Volkova təsdiqləyib. Kamçatkada 39 nəfərdə yoluxma aşkar olunub. Onlardan 15 nəfərinin uşaq olduğu bildirilib.
Artıq Kamçatka diyarında "donuz qripi"nin yayılması ilə bağlı karantin elan olunub. Rusiya üzrə ən çox qripə yoluxma halları məhz Kaluqa vilayətində qeydə alınıb. 42 nəfərin A(H1N1) virusuna yoluxduğu rəsmən təsdiqlənib. Vilayətin bir çox təhsil müəssisəsində dərslər dayandırılıb.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!