USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Londonda Qubadlının işğalına qarşı etiraz aksiyası erməniləri özlərindən çıxarıb

Londonun səs-küylü küçələrinin birində musiqiçinin cəld barmaqlarının toxunuşu, virtuoz şəkildə ifa edilən skripkanın səsi insan fəryadına bənzəyirdi. Yağış və tutqun səma bu kədərli hadisəyə xüsusi ton verirdi. Matəm içində olduğunu bildirmək üçün qaraya bürünmüş skripkaçı Qubadlı rayonunun işğalı günündə Azərbaycanın kədərli musiqisini ifa edirdi. Qubadlı rayonu erməni silahlı qüvvələri tərəfindən 24 il əvvəl, avqustun 31-də işğal edilib.

Avropa Azərbaycan Cəmiyyətindən ASAN Radioya verilən məlumata görə, London küçələrində şəxsi mövqe ilə bağlı dinc ifanın Böyük Britaniya qanunlarına uyğun olmasına baxmayaraq, Ermənistan səfirliyinin diplomatı musiqiçinin bu hərəkətinə emosional tərzdə reaksiya verib. Erməni diplomat hətta musiqiçinin əlindən skripkanı almağa belə cəhd göstərib. Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) London nümayəndəliyinin başçısı Cek Peqoraro Qubadlının işğalı günü barədə məlumat verdikdən sonra erməni diplomat Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi faktına sərt cavab verib. O, əsəblərini cilovlaya bilməyib və sonda polis çağırıb. Hadisə yerinə gələn polis əməkdaşı bildirib ki, bura Böyük Britaniyadır. Burada hər kəsin öz dinc etirazını nümayiş etdirmək hüququ var.

Əsrarəngiz dağlar, möhtəşəm mənzərələr, tarixi abidələr, eləcə də zəngin flora və fauna ilə yaddaşlara həkk olmuş Qubadlının işğalı zamanı 238 dinc sakin qətlə yetirilib. İşğaldan sonrakı beş il ərzində isə 148 nəfər aldığı xəsarətdən vəfat edib.

1993-cü il oktyabrın 14-də BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının Qubadlı ilə bərabər Füzuli və Cəbrayıl bölgələrindən dərhal çıxarılmasını tələb edən 874 saylı qətnamə qəbul edib. Bu, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi dörd qətnamədən biridir. Qəbul etdikləri tarixdən 20 ildən artıq bir müddət keçməsinə baxmayaraq, bu qətnamələrin tələbləri hələ də yerinə yetirilməyib.

Cek Peqoraro deyib: “Bugünkü etiraz aksiyası Azərbaycanın Qubadlı rayonunun işğalının 24 illiyi ilə bağlıdır. Qara paltar geyinmiş üzübağlı bir xanımın “Bayatı-Şiraz” və “Sarı gəlin” musiqili əsərlərini ifa etməsi qətlə yetirilən və ya yurd-yuvalarından didərgin salınan azərbaycanlılara həsr edilir. Ermənistan səfirliyinin qarşısına yığışaraq biz ermənilərin yadına salmaq istəyirik ki, Azərbaycan Dağlıq Qarabağ bölgəsinin və ona bitişik rayonların işğalı ilə heç zaman barışmayacaq”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!