USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Akademik: Xəzərin səviyyəsinin qalxması tezliklə dayanacaq, bu, heç də o demək deyil ki, indi sahilin yaxınlığında nəisə tikmək olar

Apardığımız kompleks araşdırmalar bir neçə onillikdən sonra Xəzəri nələr gözlədiyini dəqiq proqnozlaşdırmağa imkan verəcək. Belə bir təhlükə var ki, Azərbaycan torpaqlarının bir hissəsi səhralaşmağa məruz qala bilər. Qəribə də olsa bu, Xəzər dənizinin səviyyəsinin dəyişməsi ilə bağlıdır.

ASAN Radio Azərtac-a istinadən bildirir ki, bu barədə AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov Rusiya Elmlər Akademiyasının “Poisk” qəzetinə müsahibəsində məlumat verib. Alim “Xəzər dənizini hansı gələcək gözləyir?” başlığı ilə çap olunmuş yazısında Xəzər dənizinin Xəzəryanı ölkələr və Azərbaycan üçün əhəmiyyəti, hazırkı vəziyyəti və gələcək taleyi ilə bağlı fikirlərini bölüşüb.

“Bu yaxınlarda “National Geographic” jurnalında yazıblar ki, tezliklə Azərbaycan ərazisinin üçdə iki hissəsi suya qərq olacaq. Mən buna əsla inanmıram. İlk dəfə belə bir proqnozu 1992-ci ildə mənim dostum, Xəzər problemləri üzrə idarələrarası elmi şuranın sədri və A.M.Obuxov adına Fizika İnstitutunun direktoru, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Georgi Qolitsın vermişdi. O, hətta AMEA-ya bu barədə xəbərdarlıq teleqramı göndərmişdi ki, bilin, Qız qalası suyun altında qalacaq. Son altı yüz il ərzində belə hadisə olmayıb. Su Qız qalasının ətəyinə bir qədər yaxınlaşıb. Son üç min ildə aparılmış müşahidələrə görə Xəzər dənizinin səviyyəsinin dəyişməsi 15 metrdən çox olmayıb”, -deyə akademik bildirib.

R.Məmmədov “Keçən əsrin 70-ci illərinin axırlarından 90-cı illərinin ortalarına qədər Xəzərin səviyyəsi 2,5 metr artıb və bu, Xəzəryanı dövlətlərə 2 milyard dollar ziyan vurub” fikrinə münasibət bildirərək qeyd edib ki, Qazaxıstanda neft buruqları, biz də isə neft platformaları hazırlanan zavodun köməkçi qurğuları su altında qalmışdı. Bakı dənizkənarı bulvarındakı ekzotik ağaclar məhv oldu. İtkilər böyük olub, lakin bunun təqsiri təbiətdə deyil, inadkarlıq edən insanlardadır. Məlumdur ki, Xəzərin səviyyəsi adətən ildə 30-40 santimetrə qədər qalxıb-enir. Buna səbəb dənizə tökülən çayların suyu, suyun buxarlanmasıdır. 1837-ci ildən Xəzərin səviyyəsi ilə bağlı meteoroloji müşahidələr aparılır. Məlum olub ki, dəniz səviyyəsinin ciddi dəyişmələri 11 il dövriliklə baş verir. Bizim fikrimizcə bu, günəşin aktivlik dövrləri ilə bağlıdır. Hesab edirik ki, 2020-ci ildə Xəzərin səviyyəsi 27 metrə yaxın düşəcək. Lakin bu, heç də o demək deyil ki, indi sahilin yaxınlığında avtomobil yolları, zavodlar tikmək olar.

“Bədbin proqnozlarla heç vaxt razılaşmamışam və indi də razılaşmıram. 1993-cü ildə Parisdə, 1995-ci ildə Tehranda keçirilmiş iqlimə dair konfranslarda çıxış edib demişəm ki, Xəzərin səviyyəsinin qalxması tezliklə dayanacaq və kiçik tərəddüdlərlə sabitləşmə dövrü başlanacaq”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!