USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək

Bu gün futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək. ASAN Radionun məlumatına görə, C qrupunda yer alan Robert Prosineçkinin rəhbərlik etdiyi kollektiv Norveç yığmasının qonağı olacaq.

Paytaxt Oslodakı “Ullevaal” stadionunda baş tutacaq görüş hər iki tərəf üçün önəmlidir. Seçmə mərhələnin ilk 3 oyununda 7 xal toplayan millimiz son 3 görüşdə uduzmaqla mundiala vəsiqə qazanmaq şansını azaldıb. Buna rəğmən, hələ də 2-ci yeri tutmaq imkanı var.

Yığma səfərdə skandinaviyalıları məğlub edəcəyi halda seçmə mərhələlərdə rekord sayda – 10 xal toplayacaq. Daha əvvəl 2014-cü il dünya çempionatının seçmə mərhələsində 9 xal əldə edilib.

Oslodakı matç Azərbaycan və Norveç komandalarının 6-cı dueli olacaq. Cari seçmə mərhələdə rəqibini Bakıda Maksim Medvedevin qolu ilə məğlub edən yığma, əvvəlki 4 qarşılaşmadan 3-də uduzub.

Həmin görüşlərdən ikisi 1998-ci il dünya çempionatının (0:1, 0:5), ikisi isə 2016-cı il Avropa çempionatının seçmə mərhələsinə təsadüf edib (0:1, 0:0). Müsbət məqam odur ki, milli komanda 2015-ci il iyunun 11-də Norveç yığması ilə qolsuz bərabərə qalıb.

2018-ci il dünya çempionatının seçmə mərhələsi

VII tur, C qrupu

1 sentyabr

22:45. Norveç – Azərbaycan

Baş hakim: Daniel Stefanski

Baş hakimin köməkçiləri: Robert Marcin Boniek, Dawid Golis

Dördüncü hakim: Bartosz Frankowski

(Hakimlər Polşadandır)

Hakim-inspektor: Jones Peter (İngiltərə)

Komissar: Nicolae Camelia (Rumıniya)

Oslo. “Ullevaal” stadionu

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!