USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakıda "IMAGINE" Avropa Tolerantlıq Festivalı 2017 keçiriləcək

Roma Müqaviləsinin 60 illik yubileyi münasibəti ilə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Aİ-na Üzv Dövlətlərin Azərbaycanda akkreditə olunmuş Səfirlikləri, Park Cinema, Landmark Hotel, DocuBaku, "United Cultures", Baku Media Centre, YARAT ilə birgə əməkdaşlıq çərçivəsində və Turkish Airlenes-ın dəstəyi ilə ilk IMAGINE Avropa Tolerantlıq Festivalını təşkil edir. IMAGINE Avropa Tolerantlıq Festivalının əsas məqsədi mədəniyyətlərarası dialoq və tolerantlıq kimi dəyərləri müxtəlif incəsənət nümunələrində əks etdirməkdir.

ASAN Radio xəbər verir ki, "IMAGINE" Avropa Tolerantlıq Festivalı 2017-ci il, oktyabr ayının 12-dən 20-ə qədər Bakıda keçiriləcək və bir çox müxtəlif tədbirləri özündə birləşdirəcək: musiqi tamaşaları, debatlar və müzakirələr, film nümayişləri,  foto və video müsabiqəsi, incəsənət sərgiləri və s. "IMAGINE" çərçivəsində bir sıra tanınmış rejissorlar, musiqiçilər və digər sənətkarların iştirakı gözlənilir.

Kino bölməsi xüsusi aktuallığa malikdir. Tolerantlıq və müxtəliflik mövzusunu özündə əks etdirən 20 Avropa sənədli filmi DokuBaku Beynəlxalq Sənədli film Festivalı çərçivəsində təqdim olunacaq.  DokuBaku Beynəlxalq Film Festivalı dünyanın hər yerindən seçilmiş məşhur sənədli və reallığa əsaslanan filmləri Azərbaycan tamaşaçılarına nümayiş etdirəcək. İlk dəfə keçiriləcək olan Festivalın əsas mövzusu sosial və mədəni məsələlərə qarşı yeni yanaşmanı araşdıran Reallığın Yoxlanılmasıdır.

Bundan əlavə, bu il "Sosial  Dəyişiklik üçün Kino" proqramının beşinci buraxılışı "Imagine" və DocuBaku Festivalının bir hissəsi kimi həyata keçiriləcək. "Sosial Dəyişiklik üçün Kino" mühüm sosial və siyasi məsələləri özündə əks etdirən və Polşa Səfirliyinin birgə əməkdaşlığı ilə Adam Mickievicz İnstitutu tərəfindən təşkil olunan beynəlxalq film layihəsidir.

"Imagine", DokuBaku və Sosial Dəyişiklik üçün Kino-nun birgə əməkdaşlığı qeyri-adi tədbirə həyat verir və Bakının müasir, tarixi kino zallarında və kafelərində dünyanın 20 ölkəsindən olan 40-dan cox filmi  izləmək imkanı verir.

Əlavə olaraq, Azərbaycan tamaşaçılarını sənədli film janrına  marağını artırmaq üçün, Festival yerli film istehsalçılarını sənədli film istehsalına və nümayişinə cəlb edir və bu işdə onlara öz dəstəyini əsirgəmir. Film nümayişi yerli və beynəlxalq kino mütəxəssislərinin iştirak etdiyi və müxtəlif sosial mövzuların müzakirə olunduğu debatlar və müzakirələrlə tamamlanır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!