21/11/2017 14:16

Valyuta USD EUR RUB TRY
Kurs 1.7002 2.0051 0.0281 0.4374


İdmandasan

“Qarabağ”ın yeni transferi Pedro Enriko Bakıdadır


06.09.2017   10:50


“Qarabağ” futbol klubunun yay transfer pəncərəsində heyətinə cəlb etdiyi Pedro Enriko artıq Bakıya gəlib. Bu barədə ASAN Radioya klubdan məlumat verilib.

Futbolçu “Qarabağ”a keçidi və gələcək hədəfləri haqda açıqlamasında deyib: “Qarabağ”a gəlməmişdən əvvəl komandanın uğurları və hədəfləri haqda maraqlandım. Komanda, azarkeşlər və Bakı haqda artıq məlumatım var. Klubun bazası ilə tanış oldum. Burada futbolçular üçün hər cür şərait yaradılıb”.

“Qarabağ” Azərbaycan futbol tarixində Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk klubdur. Mən də buraya öz oyunumla komandama kömək etməyə gəlmişəm. Yarımmüdafiənin həm sağ, həm də sol cinahında oynaya bilirəm. Komandada rəqabətin olması hamımızın xeyrinədir. Komandamız üçün əlimdən gələni etməyə çalışacağam”, - deyə futbolçu qeyd edib.




Xəbər lenti

21 Noyabr
20 Noyabr











ASAN Radio telefonunuzda
Facebook