USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Prezident İlham Əliyev Koreya Milli Assambleyasının nümayəndə heyətini qəbul edib - Yenilənib

Prezident İlham Əliyev sentyabrın 6-da Koreya Respublikası Milli Assambleyasının sədr müavini Park Cu-sunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ASAN Radionun xəbərinə görə, dövlət başçısı Koreya Respublikası Milli Assambleyasının sədr müavini Park Cu-sunun ölkəmizə səfərinin Azərbaycan-Koreya əlaqələrinin inkişafında çox mühüm rol oynayacağına əminliyini ifadə edib. Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin yaxşı səviyyədə olduğunu vurğulayıb. Dövlətimizin başçısı özünün Koreyaya iki dəfə və Koreyanın yüksək dövlət rəhbərlərinin Azərbaycana səfərlərini məmnunluqla xatırlayıb. Koreya şirkətlərinin ölkəmizdəki uğurlu fəaliyyətinə toxunan Prezident İlham Əliyev həmin şirkətlərin Azərbaycanda böyük tikinti və infrastruktur layihələrində fəal iştirakının önəmini qeyd edib. Dövlətimizin başçısı ölkələrimizin iqtisadi və siyasi sahələrdə uğurlu əməkdaşlıq etdiklərini, mədəniyyət sahəsində yaxşı əlaqələrin qurulduğunu bildirərək Azərbaycanda Koreya mədəniyyət günlərinin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Koreyanın böyük iqtisadi uğurlar əldə etdiyini deyən Prezident İlham Əliyev bildirdi ki, Koreya xalqı istedadlı və zəhmətkeş xalqdır. Xalqlarımız arasında oxşarlığın olduğunu deyən dövlətimizin başçısı xalqlarımızın öz ənənələrini qoruyub saxlamağa çalışmalarının önəmini vurğulayıb. Prezident İlham Əliyev qeyd etdi ki, Koreya Respublikası Milli Assambleyasının sədr müavini Park Cu-sunun ölkəmizə bu səfəri parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi işinə xidmət edəcək.

Koreya Respublikası Milli Assambleyasının sədr müavini Park Cu-sun deyib: “Cənab Prezident, mən və mənim nümayəndə heyətim ulu öndər Heydər Əliyev siyasətinin davamı olaraq Sizin rəhbərliyiniz altında Azərbaycanın təkcə iqtisadi sahədə deyil, eyni zamanda, siyasi sahədə də əldə etdiyi uğurları məmnunluqla izləyirik”.

Koreyalı qonaq bildirib ki, səfərin əsas məqsədi Koreya və Azərbaycan parlamentləri arasında əlaqələri yaxşılaşdırmaqdan ibarətdir. O, bu səfərin ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə təsadüf etməsinin önəmini qeyd etdi. Park Cu-sun Koreya yarımadasında mövcud gərginlik barədə dövlətimizin başçısına məlumat verib. O, bu prosesə Azərbaycan Prezidentinin verdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.

Dövlətimizin başçısı Koreya yarımadasında baş verən hadisələrin narahatlıq doğurduğunu və bunun ciddi təhlükə mənbəyi olduğunu deyərək bu gərginliyin tezliklə sovuşacağına ümid etdiyini bildirib.

Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının və bir-birinə dəstək vermələrinin əhəmiyyəti vurğulanıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!