17/10/2017 22:31

Valyuta USD EUR RUB TRY
Kurs 1.7003 2.0028 0.0297 0.4659


Havadasan

Sinoptiklər XƏBƏRDARLIQ edir


06.09.2017   12:52


Sinoptiklər hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ASAN Radioya bildirilib ki, bir neçə gün davam edən isti hava şəraitindən sonra sentyabrın 7-si gündüzdən 8-i səhərədək Bakıda və Abşeron yarımadasında havanın qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7° aşağı enəcək.

Tibbi-meteoroloji proqnoza görə, sentyabrın 7-si gündüzdən 8-i səhərədək Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsiz olacaq.

Bir neçə gün davam edən isti hava şəraitindən sonra sentyabrın 7-si gündüzdən 8-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir ayrı-ayrı yerlərdə güclü olacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.




Xəbər lenti

17 Oktyabr











ASAN Radio telefonunuzda
Facebook