USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakıda “Yoga Günü” keçiriləcək

09.09.2017-ci il tarixində “Yarat “Müasir İncəsənət Məkanı, ASAN Könüllülük Məktəbinin “Yaşıl ASAN” təşəbbüsü, “Yoga Shahi” MMC-nin iştirakı və Dənizkənarı Bulvar İdarəsininin dəstəyi ilə açıq havada “Yoqa günü” adlı idman tədbiri həyata keçiriləcək.

"ASAN Könüllüləri" Təşkilatının sədr müavini, "Yaşıl ASAN" təşəbbüsünün rəhbəri Səkinə Həsənova ASAN Radioya bildirib ki, yoqanın əsas məqsədi psixoloji, fizioloji sağlamlıq, təbiətlə harmoniya yarada bilmək hesab olunur. Bundan əlavə, yoqa insanlarla pozitiv ünsiyyət qurmağa, şəxsiyyət kimi yetişməyə, ruhi kamilliyə çatmağa kömək edir.

Yoqayla, meditasiyayla məşğul olan insan həm cavan və gözəl qalır, həm də psixoloqa və həkimə daha az ehtiyac duyur.

Dərslər:

Saat 16:00 - 17:00 - Klassik yoqa dərsi   

Saat 17:00 - 18:00 – Onurğa üçün yoga dərsi

Saat 18:00 – 19:30 –İştirakçıların istirahəti üçün kiçik piknik

Qeyd: Piknik üçün yeməklər iştirakçılar tərəfindən təmin olunmalıdır. Yoqa döşəkçələrini özünüzlə gətirin.

Yoganın keçiriləcəyi yer: Yeni bulvar, Su İdman Sarayının yaxınlığında.

Avtobuslar: 5, 6, 88 (Dayanacaq – Su İdman Sarayı)

Ətraflı məlumat üçün: (012) 108, (+994) 70 408 0 108

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!