Bu axşam "Qarabağ"-ın Londonda "Çelsi" ilə matçını izləyəcək şəxslər arasında Əməkdar artist Bəhram Bağırzadə də var. Futbol azarkeşi ASAN Radioya müsahibəsində bildirib ki, Londonda ab-hava yüksək səviyyədədir:
"Bildiyiniz kimi "Qarabağ" iki gündür ki, Londondadır. Dünən "Çelsi"nin stadionunda ilk məşqini keçirtdi. Baş məşqçi Qurban Qurbanov öz əsgərlərini, döyüşçülərini, zabitlərini meydana çıxartdı. Jurnalistlər də çox idi və artıq bu məlumatlar mediada yayımlanıb. Ümid edirəm ki, bu axşam "Qarabağ" hamımızı sevindirəcək."
Bəhram Bağırzadənin səs yazısı:
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!