26/09/2017 07:41

Valyuta USD EUR RUB TRY
Kurs 1.7007 2.0209 0.0292 0.4853


İdmandasan

Qurban Qurbanov: “Qarabağ”ın baş məşqçisi olduğum üçün fəxr edirəm


13.09.2017   08:20


Səhvlərimiz Çempionlar Liqasında ilk oyunumuzun olmağı ilə bağlıdır.

ASAN Radionun məlumatına görə, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Çelsi" ilə oyunu şərh edərkən deyib.

Q.Qurbanov qeyd Çempionlar Liqasının qalibi olmağa namizəd bir komanda ilə oynadıqlarını bildirib:

“Çelsi”nin gücü hər kəsə məlumdur. Təbii ki, müəyyən səhvlər etdik, bu da bizim bu turnirdə ilk oyunumuzun olmağı ilə bağlıdır. Səhvlərimiz üzərində işləyəcəyik. Çempionlar Liqası bizim üçün yenidir.

“Qarabağ”ın baş məşqçisi olduğum üçün fəxr edirəm. Komandamızın Azərbaycanı təmsil etməsi məsuliyyətimizi artırır. Səhvlərimizdən nəticə çıxarıb öz üzərimizdə işləməyə davam edəcəyik".

Baş məşqçi “Çelsi” və Antonio Konteni də qələbə münasibətilə təbrik edib.










ASAN Radio telefonunuzda
Facebook