USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İlk dərslər “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr edilib

Sentyabrın 15-də paytaxtın ümumi təhsil müəssisələrində ilk dərslər “Cocuq Mərcanlı - tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunub.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən ASAN Radioya bildirilib ki, təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, tədris edilən dərslər uşaq və gənclərin vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi, şagirdlərdə Vətənə məhəbbət hissinin daha da artırılması, o cümlədən Azərbaycan ordusunun 2016-cı il aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqlar və işğaldan azad olunmuş torpaqlarımıza qayıdışın rəmzinə çevrilən Cocuq Mərcanlı kəndi haqqında daha dolğun məlumatlar verilməsi məqsədlərinə xidmət edir.

 

Dərslər şagirdlərin ifasında Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlanıb. Torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının, o cümlədən aprel döyüşləri şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.

 

Dərsləri tədris edən müəllimlər Ermənistan silahlı birləşmələri tərəfindən dinc əhalinin intensiv atəşə tutulması, Azərbaycan Ordusu tərəfindən düşmən təxribatının qarşısının qəhrəmanlıqla alınması, Lələtəpə əməliyyatında qazanılmış qələbənin tarixi əhəmiyyəti barədə şagirdlərə geniş məlumat veriblər.

 

Qeyd olunub ki, dinc əhalinin atəşə tutulmasının qarşısının alınmasında və əks-həmlə əməliyyatı ilə strateji əhəmiyyətli mövqelərin ələ keçirilməsində Azərbaycan Ordusunun göstərdiyi şücaət, qazandığı qələbə xalqımızda ruh yüksəkliyi yaratmaqla yanaşı, ordumuzun böyük gücə malik olduğunu sübuta yetirib.

 

Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndinin bərpası və yerli əhalinin buraya köçürülməsi ilə başlanan böyük qayıdışın siyasi və sosial mahiyyəti barədə şagirdlərə zəruri məlumatlar çatdırılıb. Bildirilib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında tezliklə torpaqlarımız düşmən işğalından azad ediləcək, üçrəngli bayrağımız Lələtəpə və Talış yüksəkliklərində olduğu kimi, doğma Qarabağımızın hər bir guşəsində dalğalanacaq.

 

Qeyd edək ki, ümumi təhsil məktəblərində keçiriləcək Bilik günündə və ilk dərslərdə Qarabağ müharibəsi iştirakçıları və əmək veteranları, Cocuq Mərcanlı sakinləri, ədəbiyyat və incəsənət xadimləri, rayon (şəhər) təşkilatlarının rəhbər işçiləri, ictimaiyyətin, eləcə də şəhid ailələrinin nümayəndələri və sabiq məzunlar iştirak ediblər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!