USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Elman Rüstəmov: "Valyuta bazarı tarazlaşıb, manat sabitləşib"

“Bu gün Azərbaycan iqtisadiyyatı yeni çağırışlarla üzləşib. Prezident İlham Əliyev tərəfindən irəlin sürülən yeni iqtisadi inkişaf strategiyası və islahatlar proqramı dünyada baş vermiş maliyyə böhranından sonra formalaşan yeni situasiyaya uyğunlaşmağa və  yeni iqtisadi artım və inkişaf modelinin formalaşmasına yönəlib".

ASAN Radio "APA-Economics"ə istinadən xəbər verir ki, bunu Azərbaycanla Dünya Bankı arasında əməkdaşlığın 25 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, bu gün ölkə qarşısında duran ortamüddətli prioritetlər makroiqtisadi sabitliyin dayanıqlığının təmin edilməsi, iqtisadi şaxələndirməni hərtərəfli dəstəkləyən institusional çərçivənin tamamlanması, insan kapitalının və innovasiyaların inkişafı, maliyyə sektorunun restrukturizasiya proseslərinin tamamlanması və maliyyə-pul bazarlarının inkişafı və bu əsasda iqtisadi artımın sürətləndirilməsi, ölkə əhalisinin yaşayış standartlarının daha da yaxşılaşdırılmasından ibarətdir.

Baş bankir qeyd edib ki, yeni dövrün çağırışlarına uyğunlaşma siyasətinin həyata keçirilməsi artıq özünün ilkin müsbət nəticələrini verməkdədir: "2017-ci ilin ötən dövründə makroiqtisadi sabitlik trendlərinin güclənməsi, bu əsasda iqtisadi artımın bərpa edilməsi müşahidə olunub. İqtisadiyyatın yeni neft qiymətlərinə uyğunlaşması istiqamətində həyata keçirilmiş tədbirlər və şaxələndirmə istiqamətində verilən qərarların təsiri də ölkənin tədiyyə balansının yaxşılaşdırıb".

E.Rüstəmov əlavə edib ki, 2017-ci ilin I yarısında tədiyyə balansının cari əməliyyatlar hesabında ÜDM-in 2,5%-i səviyyəsində profisit qeydə alınıb. O, vurğulayıb ki, bu ilin 8 ayında ölkənin strateji valyuta ehtiyatları 12%-dək artıb və ÜDM-in həcmini üstələyib: "Valyuta bazarı tarazlaşıb, milli valyutanın məzənnəsi sabitləşib. İqtisadi subyektlərdə nikbinlik və müsbət gözləntilər yaranıb".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!