USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Prezident BMT-nin baş qərargahında ümumi müzakirələrin açılışında iştirak edib

Sentyabrın 19-da Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının baş qərargahında ümumi müzakirələrin açılışı olub.

ASAN Radio AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva tədbirdə iştirak ediblər.

Ümumi müzakirələrin açılışında çıxış edən BMT-nin Baş katibi Antonio Quttereş hazırda dünyada bir çox problemlərin olduğunu vurğuladı, ölkələr arasında etibar və etimadın aşağı düşdüyünü bildirdi. Qaçqınların sayının artması, miqrasiyanın çağırışları, insan alveri, iqlim dəyişikliyi və digər mövcud qlobal problemlərə toxunan BMT-nin Baş katibi əminliyini ifadə etdi ki, yalnız birlikdə sülhə nail olmaq və qarşılıqlı etimadı bərpa etmək mümkündür.

BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının prezidenti Miroslav Layçak dünyada davam edən münaqişələrin ən çox sadə insanlara ziyan vurduğunu dedi. O, yoxsulluq, iqlim dəyişikliyi, beynəlxalq terrorizmin çağırışları ilə bağlı fikirlərini bölüşdü, bu problemlərin insanların həyatına birbaşa təsir etdiyini vurğuladı. Miroslav Layçak qeyd etdi ki, sülhün təmin edilməsi və müharibələrin qarşısının alınması BMT-nin fəaliyyətinin əsas istiqamətlərindən biri olmalıdır.

Sonra Braziliya Federativ Respublikasının Prezidenti Mişel Temer müzakirə olunan mövzularla bağlı fikirlərini bölüşdü.

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp BMT-nin fəaliyyətinin daha da səmərəli olmasının vacibliyinə toxundu. O vurğuladı ki, dövlətlər xalqların maraqlarını və gələcəyini müdafiə etməlidir. ABŞ Prezidenti dedi ki, biz birlikdə çalışmalıyıq və təhdidlərə qarşı bir olmalıyıq. Donald Tramp Türkiyə, İordaniya və Livana Suriyadan olan qaçqınları qəbul etdiklərinə görə minnətdarlığını da bildirdi.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!