USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Neftçilərin peşə bayramı münasibətilə tədbir keçirilib

Neftçilər peşə bayramlarını təntənəli mərasimlə qeyd ediblər.

SOCAR-ın baş ofisində "Neftçilər günü" münasibətilə mərasim keçirilib. Əvvəlcə SOCAR-ın fəaliyyəti və qazandığı uğurlardan bəhs edilən videoçarx  təqdim olunub.

Tədbirdə ilk olaraq çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev çoxminli neftçi ordusunu təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, “Əsrin müqaviləsi”nin ölkəmizin həyatındakı əhəmiyyətindən, neft-qaz sənayesində aparılan uğurlu islahatlardan, dövlət səviyyəsində neftçi əməyinə göstərilən yüksək diqqət və qayğıdan geniş söz açıb. Azərbaycanın bu sahədə qazandığı uğurların neftçilərin fədakar əməyindən, zəngin təcrübəsindən və peşəkarlığından qaynaqlandığını deyən SOCAR-ın prezidenti bildirib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış “Əsrin müqaviləsi” respublikamızın salnaməsinə yeni neft strategiyasının şanlı səhifəsi kimi yazılıb.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz isə şirkətin Azərbaycandakı 25 illik uğurlu fəaliyyətindən danışıb. O, BP-SOCAR əməkdaşlığının dərinləşdiyini və yüksələn xətlə inkişaf etdiyini deyib. Bildirib ki, “Azəri”, “Çıraq” və “Günəşli” üzrə imzalanan yeni saziş məhz bu səmərəli əməkdaşlığın bəhrəsidir.

SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə  çıxış edərək öz növbəsində şirkətin kollektivini "Neftçilər Günü" münasibətilə təbrik edib, fədakar neftçilərin əməyini yüksək qiymətləndirib. Akademik Azərbaycan iqtisadiyyatının inkişafında, milli dövlətçiliyimizin möhkəmlənməsində müstəsna rol oynamış yeni neft strategiyasının banisi ulu öndər Heydər Əliyevin “Əsrin müqaviləsi”nin imzalanmasında və ölkəmizin dünyada neft ölkəsi kimi tanıdılmasındakı əvəzsiz xidmətlərindən danışıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!