USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Milli Məclisdə erməni deputatların iştirakı ilə konfrans keçirilir

Milli Məclisdə “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə "Şərq Tərəfdaşlığı" ölkələri parlamentlərinin cəlb edilməsi” mövzusunda konfrans başlayıb.

 

ASAN Radionun məlumatına görə, konfrans Milli Məclis, "Avronest" Parlament Assambleyasının (PA) Sosial məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyətləri komitəsi, Əhali və İnkişaf üzrə Avropa Parlament Forumu və Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı ofisinin birgə təşkilatçılığı ilə keçirilir.

 

Konfransda çıxış edən MM-in "Avronest" PA-da nümayəndə heyətinin rəhbəri Fuad Muradov bildirib ki, tədbirdə qadınların sağlamlığının yaxşılaşdırılması və gender bərabərliyi üzrə qeydə alınan inkişaf göstəriciləri, qarşıya çıxan problemlər ətrafında çıxışlar və müzakirələr nəzərdə tutulur.

 

F. Muradov bildirib ki, Ermənistan 25 ildir, Azərbaycanın torpaqlarını işğal altında saxlayır: “Bu bizim inkişafımıza mane olan səbəblərdəndir. 1 milyon insan qaçqın və məcburi köçkündür. Onlardan 50 faizini qadın, 5 faizini isə uşaqlar təşkil edir. Bizim məqsədimiz dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində hər bir təşkilatın öz vəzifəsini yerinə yetirməsidir”.

 

Konfrans çıxışlarla davam edir.

 

Qeyd edək ki, tədbirdə Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan da iştirak edirlər.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!