16/12/2017 05:28

Valyuta USD EUR RUB TRY
Kurs 1.7001 2.0032 0.0289 0.4379


Gündəm

Merkel qalib oldu - Hitler tərəfdarları ilk dəfə parlamentdə


25.09.2017   09:47


Almaniyada federal məclisə keçirilən seçkilər kansler Angela Merkelin başçılıq etdiyi Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı alyansının qələbəsi ilə başa çatıb.

ASAN Radio "Anadolu" agentliyinə istinadən xəbər verir ki, alyans seçkilərdə 32,5 faiz səs toplayıb. 

Merkelin əsas rəqibi olan Alman sosial-demokratları isə seçicilərin yalnız 20,5 faizinin dəstəyini qazana bilib. 

12,6% səs toplayan “Almaniya üçün alternativ” partiyası 1933-cü ildən sonra ilk dəfə parlamentdə təmsil olunmaq imkanı qazanıb. Bu partiya Hitler ideologiyasının davamçılarıdır. 

Liberal Azad Demokratik partiyası ( 10,7%), Solçular (9,2 %) və “Yaşıllar” (8,9%) beş faizlik bariyeri keçə biliblər. 

Qeyd edək ki, seçkilərdə təxminən 61,5 milyon alman iştirak edib. Ümumilikdə isə 42 partiya mübarizə aparıb. 




Xəbər lenti

15 Dekabr











ASAN Radio telefonunuzda
Facebook