USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Səfir: "Qarabağa nə vaxt qayıdacağımızı söyləmək qeyri-mümkündür" - Özəl/Audio

Fəxri Xiyabanda Azərbaycan vokal sənətinin banisi, SSRİ xalq artisti Bülbülün xatirə günü keçirilib. Anım günündə dahi sənətkarın oğlu, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ASAN Radioya eksklüziv müsahibə verib: "Neçə il keçsə də, o günlər adamın gözü qabağından gəlib keçir. Bu il Bülbülün 120 illik yubileyi keçirilir. Prezident İlham Əliyev xüsusi sərəncam imzalayıb. Mədəniyyət və Turizm nazirliyi tədbirlər hazırlayır. Mənə bir tərəfdən xoşdur, digər tərəfdən çətindir. Çünki atam dünyadan köçəndə gənc idim, cəmi 16 yaşım vardı. Mən atadan doymadım."

Polad Bülbüloğlu Şuşadan da danışıb:

"Allah ölənlərimizə, şəhidlərə rəhmət eləsin. Gün o gün olsun ki, Bülbülün, Üzeyir bəyin, Natəvanın güllələnmiş abidələri Vətənə - Şuşaya qayıtsın. Hamımıza nəsib olsun ki, Şuşaya yığışaq və həmin abidələri Şuşada bərpa edək. Hər il şuşalılar, qarabağlılar Fəxri Xiyabana gəlir. Son illər Qarabağımız olmadığına görə, elə bil, Bülbülü insanlar Qarabağın rəmzi kimi qəbul edir və doğrudan da elə də var. Mən çox şadam ki, xalqımız öz böyük oğullarını heç vaxt yaddan çıxarmır. "

ASAN Radionun nə vaxt Bülbülün vətəninə qayıdacağıq? - sualına Polad Bülbüloğlu cavab verməyə çətinlik çəkib: "Çox çətin sualdır. Bu suala cavab vermək, çox heyif olsun ki, qeyri-mümkündür."

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!