Bakı Şəhər Təhsil İdarəsi (BŞTİ) 5 oktyabr Müəllimlər günündə pul yığılması ilə bağlı məktəb direktorları və müəllimlərinə xəbərdarlıq edib.
ASAN Radio AzVision.az-a istinadən xəbər verir ki, BŞTİ-nin rəhbəri Məhəbbət Vəliyeva müəllim peşəsinin ən şərəfli, məsuliyyətli peşə olduğunu qeyd edib:
"Bu adı şərəflə daşıyan təhsil işçiləri ümumtəhsil sahəsində çoxluq təşkil edir. Amma təəssüfedici haldır ki, mənfi hallarla da qarşılaşırıq. Bütün müəllimlərə deyirəm ki, işlədikləri müddətdə bu adın məsuliyyətini, şərəfini ləyaqətlə daşısınlar. Mənfi halların baş verməsinə şərait yaratmasınlar".
M.Vəliyeva bildirib ki, BŞTİ qanunvericiliyin prinsiplərinə uyğun məktəblərin idarə olunmasına ciddi nəzarət etməklə yanaşı, tələb edir: “Mənfi hallar baş verdikdə idarə tərəfindən çevik addımlar atılır. Bundan sonra da belə olacaq".
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!