USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Ermənilər Tərtərdə qəbiristanlığı artilleriya atəşinə tutub

Erməni hərbi birləşmələrinin ağır artilleriyadan açdığı atəş nəticəsində yararsız hala düşmüş qaz, su və işıq xətlərinin bərpasına başlanıb.

Tərtər rayonunun Əskipara kənd sakini İsmayıl Qasımovun həyətyanı torpaq sahəsinə 2 ədəd top mərmisi düşüb.  İ. Qasımov bildirib ki, mərmi qəlpələri evin bütün qapı-pəncərəsini, qaz, işıq xətlərini yararsız hala salıb.

Tərtər rayon İcra Hakimiyyətinin baş memarı Tofiq Kərimovun sözlərinə görə, yararsız hala düşmüş bütün evlərə baxış keçirilib, qeydiyyatı aparılıb: “Əskipara, Seydimli, Şıxarx kəndlərində mərmi partlaması nəticəsində ziyan dəymiş bütün evlərə bərpa məqsədilə rayon Fövqəladə Hallar Komissiyası tərəfindən baxış keçirir, lazımi sənədlər hazırlanıb və adiyyatı üzrə təqdim olunacaq”.  

Qeyd edək ki, aprelin 26-da erməni hərbi birləşmələrinin atəşkəsi ağır artilleriyadan pozması nəticəsində yaşayış evləri və əkin sahələrinə onlarla mərmi düşüb. Mərmilərdən biri isə Qarağacı kənd məzarlığında partlayıb.

Nəticədə 23 məzara qəlpə dəyib, məzar daşları dağılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!